Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibi Antonio Quterreşin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə görüşüb.
APA xəbər verir ki, bu barədə nazir rəsmi “Twitter“ hesabında bildirib.
O, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini, siyasi prosesləri və Suriya Konstitusiya Komitəsini dəstəklədiklərini bir daha diqqətə çatdırdığını qeyd edib.






