Türkiyə Yunanıstanda yenidən gündəmdədir. Yunanıstanın miqrantlarla manipulyasiyası dayanmadan davam edir.
Bu dəfə Türkiyəni hədəf alan siyasətçilər karvanına Yunanıstanın dəniz ticarəti naziri Yiannis Plakiotakis də qatılıb.
Bizimyol.info xəbər verir ki, Mitsotakisin imzaladığı “qaçqın yalanı”na davam edən yunanıstanlı nazir, “Yunanıstan Türkiyənin Egeydəki oyunlarına qapılmadan can qurtarmağa davam edəcək” deyə bildirib.
Plakiotakis sözlərini belə davam etdirib; “Türkiyə Sahil Mühafizəsinin gəmisi Yunanıstanın ərazi sularına daxil olur, ola bilsin ki, insident törətmək istəyir”.
Türkiyə ilə bağlı təxribatçı xəbərləri ilə tanınan “Proto Theme” qəzeti bu açıqlamaları oxucularına “Nazir Türkiyənin Samosda törətdiyi təxribat və Kafireadakı gəminin batması ilə bağlı açıqlama verdi” kimi təqdim edib.
Məlumat üçün bildirək ki, Yunanıstanın baş naziri Litvanın dövlət televiziyası LRT-yə müsahibəsində Türkiyənin qeyri-qanuni immiqrasiyaya qarşı kifayət qədər mübarizə aparmadığını iddia edib.
Mitsotakis Türkiyəni “Türkiyənin mühacir və qaçqınları Yunanıstana fəal şəkildə təşviq etdiyinə dair kifayət qədər dəlillərimiz var” deməklə günahlandırıb, lakin ifadəsində sübutlar təqdim etməyib.
Miçotakisin açıqlamalarından sonra yunan nazirin Türkiyəni ittiham etməsi Afinanın yeni planı kimi şərh edilib.
Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi bəyanatdan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.
Belə ki, Mitsotakis, adını vermədən Türkiyəyə toxunaraq, “Yunanıstan qonşularına dostluq əlini uzadır. Bununla belə, suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərində dərhal dayandırılmalı olan uçuşlara dözməyəcəyik. Sizdən Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alsınlar”,- deyə bildirib.
Miçotakis bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.
Bundan əlavə, Yunanıstanın baş nazirinin “Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir çox çəkdiyi və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə iki ayrı dövlət, heç kim əsla qəbul etməyəcək” sözləri ayaqda alqışlanıb.
Leyla Mirzə, Bizimyol.info






