Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Birliyi: Türkiyə ilə üzvlük danışıqları dalana dirənib
Avropa Birliyi: Türkiyə ilə üzvlük danışıqları dalana dirənib

Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabat layihəsi mətbuata sızıb. Türkiyənin Aİ-yə üzvlük danışıqlarının da qiymətləndirildiyi hesabatda qonşuluq münasibətləri və Şərqi Aralıq dənizindəki inkişaflardan bəhs edilib.

Bizimyol.info xəbər verir ki, Avropa Komissiyasının genişlənməyə dair hesabat layihəsində Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitin olması, Türkiyə ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə Türkiyəni Şərqi Aralıq dənizində gərginliyi azaltmağa çağırıb ki, bu da regional sabitliyin xeyrinədir.

Bundan əlavə, Yunanıstanda çıxan Kathimerini qəzeti yazıb ki, AB hesabatında Ankaranın mehriban qonşuluq münasibətlərinə sadiq qalması lazım olduğu bildirilib. Həmçinin, hesabatda 2021-ci ilin mart sammitinin nəticələri də xatırladılıb, bütün üzv dövlətlərin öz suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli olduğu vurğulanıb.

Mətndə Türkiyənin Aİ-yə üzvlük danışıqlarının dalana dirəndiyi də vurğulanıb.

Məlumata görə, demokratiya, qanunun aliliyi, fundamental hüquqlar və məhkəmə sisteminin müstəqilliyi kimi sahələrdə geriləmənin olduğu qeyd edilib.

AB tərəfindən hazırlanan hesabatın layihə mətnində Türkiyənin demokratik təsisatlarının fəaliyyətində ciddi çatışmazlıqların və insan haqları ilə bağlı ciddi problemlərin olduğu diqqətə çatdırılıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »