Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt 2 min illik perqamenti ilk dəfə oxumağa nail oldu
Süni intellekt 2 min illik perqamenti ilk dəfə oxumağa nail oldu

İtaliyada Vezuvi vulkanının eramızın 79-cu ilində baş verən dağıdıcı püskürməsi nəticəsində lava altında qalaraq kömürləşmiş və əsrlər boyu açılacağı təqdirdə tamamilə dağılma riski səbəbilə toxunulmaz saxlanılan 2 min illik antik perqamentlər (heyvan dərisi üzərində qədim yazı) süni intellekt texnologiyası sayəsində ilk dəfə oxunub.

Bizimyol.info xəbər verir ki, beynəlxalq miqyasda həyata keçirilən “Vesuvius Challenge” adlı kompüter elmləri layihəsi çərçivəsində tədqiqatçılar tamamilə karbonlaşmış bu qədim rulonların yüksək dəqiqlikli tomoqrafiya görüntülərini analiz ediblər. Xüsusi olaraq hazırlanmış süni intellekt alqoritmi qatlar arasında gizlənmiş mürəkkəb izlərini müəyyən edərək, görünməyən mətnin içindəki qədim yunan hərflərini tək-tək üzə çıxarmağa müvəffəq olub.

İlkin oxunuşlara əsasən, mətnin Epikür fəlsəfəsinə aid olduğu, orada “həzz”, “musiqi” və “qida” kimi anlayışların müzakirə edildiyi ehtimal edilir. Alimlər bu nailiyyəti arxeologiya və antik mətnlərin tədqiqi sahəsində dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə insan əli ilə toxunulması mümkün olmayan yüzlərlə, hətta minlərlə itirilmiş qədim əsərin də yenidən “oxunmasına” və tarixə qaytarılmasına şərait yarada bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »