Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrənin Alp dağlarındakı buzlaqlar istilik səbəbilə gözləniləndən daha tez əriyir
İsveçrənin Alp dağlarındakı buzlaqlar istilik səbəbilə gözləniləndən daha tez əriyir

İsveçrə Buzul Monitorinq Şəbəkəsinin (GLAMOS) direktoru Matthias Huss ölkədə təsirli olan istilik dalğası səbəbindən İsveçrə Alp dağlarındakı buzlaqların gözləniləndən daha sürətlə əridiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Huss bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O, Alp dağlarının ən böyük buzlağında – Konkordiaplatzdakı Böyük Aletş buzlağında – vəziyyətin kəskin dəyişdiyini bildirib. Mütəxəssisin sözlərinə görə, cəmi iki həftə ərzində buzlaqın qarla örtülü səthi tamamilə açıq buz səthinə çevrilib.

O bildirib ki, bu, tamamilə qeyri-adi hadisə olmasa da, əsas narahatlıq doğuran məqam zamanlamadır: “Bu vəziyyət mövsümün 1–2 ay daha gec baş verməli idi”, – deyə Huss vurğulayıb.

İsveçrənin ictimai yayım şirkəti SRF-yə danışan alim bu ilin 29 iyun tarixində “buzlaqların geri çəkilmə günü”nün baş verəcəyini proqnozlaşdırdıqlarını bildirib. Bu isə o deməkdir ki, yaxın günlərdə İsveçrə buzlaqları qış boyu topladıqları buz həcmini demək olar ki, tamamilə itirəcəklər.

Hussun sözlərinə görə, qışda kifayət qədər qar yağmaması buzlaqları qoruyan təbəqəni zəiflədib. Yay istiləri isə çox erkən başlayıb və vəziyyəti daha da ağırlaşdırıb.

O əlavə edib ki, may ayında artıq ilk istilik dalğaları qeydə alınıb, düzənlik ərazilərdə temperatur 30 dərəcəyə çatıb. Hazırkı istilik dalğası isə həm intensivliyi, həm də uzunmüddətli təsiri ilə xüsusilə qeyri-adi hesab olunur.

Alim xəbərdarlıq edib ki, iyul və avqust aylarında gözlənilən yüksək temperatur dalğaları buzlaqlarda uzunmüddətli itkilərə səbəb olacaq və bu il ümumi buz itkisi çox yüksək olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »