Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Ceyhun Bayramov həkarı Hakan Fidanla telefonla danışıb
Nazir Ceyhun Bayramov həkarı Hakan Fidanla telefonla danışıb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.

Nazirlər qardaş ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »