Türkiyənin Azərbaycandakı sabiq səfiri və İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri Hulusi Kılıç, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçilib.
Bu barədə Bizimyol.info xəbər portalına Hulusi Kılıç özü məlumat verib. O, bu etimaddan məmnunluğunu bildirərək, qeyd edib ki, tə.əkkür edib və əlavə edib ki, millətin xidmətində durmaq onun üçün böyük şərəfdir. Keçmiş səfir bildirib ki, TAİB-in qarşısında böyük hədəflər var və iki dövlət arasında münasibətlərə dəstək verən layihələrin icra ediləcəyi gözlənilir. Kılıç, həmçinin bundan sonra təşkilata da zaman ayıracağını deyib.
Qeyd edək ki, "Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı" İctimai Birliyi (TAİB) 15 sentyabr 2021-ci il tarixində – Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakının azad edilməsinin 103-cü ildönümündə yaradılmış, Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmişdir. TAİB-in əsas məqsədi ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə Türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi və Türk ağsaqqallarının birliyinə nail olmaqdan ibarətdir.
Qeyd edək ki, Hulusi Kılıç 2008-ci ilin mart ayından 2012-ci ilin sentyabr ayına qədər Azərbaycanda Türkiyənin fövqalədə səfiri olub.
İlahin, Bizimyol.info






