Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketinq sektorunun ən böyük görüşü - Qlobal Marketinq Sammiti 2022 tədbirində "Ulduz Yağışı" olacaq!
Marketinq sektorunun ən böyük görüşü - Qlobal Marketinq Sammiti 2022 tədbirində "Ulduz Yağışı" olacaq!

Akbank ve Turkcell şirkətlərinin baş sponsorluğu ilə bu ilin 18-21 oktyabr tarixlərində baş tutacaq Qlobal Marketinq Sammiti, 3D virtual reallıq vasitəsilə onlayn olaraq 4 gün ərzində dünyanın ən önəmli marketinq dahiləri və iş dünyasının ən nüfuzlu liderlərini bir araya gətirəcək. Keçən il 50 mindən çox lider və icraçının iştirak etdiyi Sammit indiyə qədər keçirilən ən əhatəli və ən yüksək səviyyəli beynəlxalq platforma olub.

Bizimyol.info xəbər portalı Qlobal Marketinq Sammiti 2022 tədbirinin rəsmi media tərəfdaşı olaraq xəbər verir ki, bu il keçiriləcək beynəlxalq tədbirdə sözün əsl mənasında "ulduz yağmuru" olacaq.

Akbank və Turkcell şirkətlərinin baş sponsorluğu ilə 18-21 oktyabr 2022-ci il tarixlərində keçirilməsi planlanan Qlobal Marketinq Sammiti 2022, bu il 200-dən çox məruzəçi və 90 sessiya ilə baş tutacaq. Sammitin əsas mövzusu “Marketinq 5.0, Davamlı Biznes” olaraq müəyyən edilib.

Dünyanın ən mühüm marketinq dahisi olan Philip Kotlerə böyük diqqət

Türkiyənin aparıcı toplantı və tədbirlər şirkəti olan KREA M.I.C.E. tərəfindən ötən il təşkil olunan Qlobal Marketinq Sammiti 2021 tədbirini 6 qitədən və 143 ölkədən əlli mindən çox insan izləyib. Sammit, indiyə qədər keçirilən ən əhatəli və ən yüksək səviyyəli iştirakın təmin olunduğu beynəlxalq platforma və pandemiya dövründə Türkiyədən dünyaya açılan qlobal brend oldu.

Qlobal Marketinq Sammiti 2022-nin "Fəxri Spikeri", keçən il olduğu kimi bu il keçirilən tədbirdə də marketinq dünyasının ustadı, 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip Kotler olacağı elan edildi.

Qlobal Marketinq Sammiti 2022-nin "Fəxri Spikeri", 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip Kotler Qlobal Marketinq Sammiti 2022-nin "Fəxri Spikeri", 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip Kotler

Sammit, ilk dörd gün ərzində 3D virtual reallıq - onlayn formatda və bununla yanaşı, 21 oktyabr tarixində İstanbul Çırağan Sarayı Kempinskidə liderlərin iştirakı ilə üzbəüz keçiriləcək. Sammitdə Türkiyədə fəaliyyət göstərən dəyərli İcraçı Direktorlar, İdarə Heyətinin sədrləri, rəhbərlik səviyyəsində menecerlər, marketinq sektorunun liderləri, sektorda fəaliyyət göstərən işçilər və iş ortaqları, akademiklər və fikir öndərləri iştirak edəcək. Beynəlxalq çərçivədə baxış, liderlərdən liderlərə ötürülmüş informasiyalar ilə liderlərin uğur hekayələri və gələcək proqnozların bölüşüləcəyi Sammitdə pandemiya dövründə dəyişən iqtisadi, sosial və psixoloji şəraitin marketinqə təsiri qiymətləndiriləcək. Marketinq 5.0, marketinq dünyasının gələcəyi, "yeni normal" olaraq adlandırılan dövrdə əsas uğur faktorları, yeni trendlər, “Lovemark” olmağın yeni qaydaları, “yeni reallıq”da marketinq liderlərinin və agentlik profesionallarının dəyişən rolu, müştərilərin satınalma qərarlarında dəyişikliklər, rəqəmsal gələcəkdə kreativ brend olmaq, metaverse, neyromarketinq korporativ məsuliyyət və davamlılıq kimi bir çox açar rolu oynayan mövzuları əhatə edəcək Sammit çərçivəsində marketinq sektorunun yeni oyun qaydaları müəyyən ediləcək. Birbirindən dəyərli yerli və xarici məruzəçilərin uğurlu brend hekayələrini bölüşəcəkləri və marketinqin gələcəyinə işıq salacaqları Qlobal Marketinq Sammiti, 2022 bütün sektor nümayəndələri tərəfindən həyəcanla gözlənilir.

Sammit çərçivəsində keçirilən CMO dairəvi yığıncağında İstanbul Çırağan Sarayı Kempinskidə liderlər üzbəüz görüşəcək.

Liderlər, Sammitin son günündə - 21 oktyabr 2022-ci il tarixində İstanbul Çırağan Sarayı Kempinskidə İcraçı Direktorlar və Marketinq Baş Direktorların iştirakı ilə CMO Dairəvi Yığıncağında üzbəüz görüşəcəklər. Sammitin bağlanış mərasimindən sonra “Bosphorus Boat Party” adlı xüsusi VIP Bağlanış Tədbiri təşkil ediləcək.

"Hədəfimiz, Marketinq Zirvəsi sahəsində Türkiyədən bir Dünya Markası yaratmaqdır"

KREA M.I.C.E. şirkətinin qurucusu Seda Mızraklı Ferik, Qlobal Marketinq Zirvəsi 2022-ni təşkil etmək üçün ötürülən biliyə, təcrübəyə və fərqli baxış bucağına indi daha çox ehtiyac olduğunu düşünərək yola çıxıldığını qeyd edib.

“Marketinq sektorunun ən böyük toplantısı olaraq xarakterizə etdiyimiz Sammitdə 4 gün ərzində marketinq dünyasının əməkdar nümayəndələri qonağımız olacaq və onlarla birlikdə marketinqin gələcəyinə işıq salmağa çalışacağıq. Sektorda 19 il fəaliyyət göstərən bir brend olaraq böyük həcmli sammitləri təşkil etməkdə hədəfimiz, liderlərdən liderlərə ötürülmüş məlumatları qlobal miqyasda daha çox liderlə bölüşməkdir. Komanda olaraq xüsusi məzmunlarımızın bəyənilməsi bizə xoşbəxtlik verir. Sammiti izləyən və dəstək olan bütün insanlara və qurumlara sonsuz təşəkkürümüzü bildiririk. Bilik paylaşdıqca böyüyür” - deyə KREA M.I.C.E. şirkətinin qurucusu Seda Mızraklı Ferik əlavə edib.

Bizimyol.info xəbər portalının rəsmi media tərəfdaşı olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.

Orxan Musabəyli, Bizimyol.info

Tədbirin təşkilatçı şirkəti KREA M.I.C.E. haqqında qısa məlumat

2002-ci ildə sektorun veteranı Seda Mızraklı Ferik tərəfindən qurulan KREA; KREA M.I.C.E. (Toplantı, Səyahət, Konqres, Tədbir Menecementi), KREA DIRECT, KREA DIGITAL, KREAHR, KREA Disrupt (Underline Reklam) şirkətləri ilə 360 dərəcə müştəri məmnuniyyəti yaradan və 300-dən çox brendə oflayn və onlayn xidmət göstərən şirkətlər qrupudur. KREA yarandığı gündən bugünə kimi yüzlərlə aparıcı təşkilata 5500-dən çox layihədə xidmət edib. KREA Qrup şirkəti olan KREA M.I.C.E., yerli və beynəlxalq iclas, konqres, konfrans təşkilatçılığı, 500-dən çox tədbir və diler görüşləri, daxili kommunikasiya iclasları, 1000-dən insan üçün korporativ motivasiya tədbirləri, ölkədaxili və beynəlxalq biznes xarakterli səfərlər təşkil edən A Qrupu Səyahət Agentliyi olaraq faəliyyət göstərir.

Pandemiya dövründə bütün tədbirləri rəqəmsal platformaya daşıyan KREA M.I.C.E., 2021-ci ildə yeni bir irəliləyiş etdi və öz brendi ilə beynəlxalq səviyyədə böyük iştirakçı kütləsi cəlb edərək nüfuzlu və yüksək səviyyəli liderlik zirvələri keçirməyə başladı. Çoxsaylı beynəlxalq mükafata layiq görülən KREA M.I.C.E. şirkəti, fəaliyyət göstərdiyi sektorun Oskarları sayılan Ace of M.I.C.E.-də Türkiyənin “Ən Yaxşı Tədbirlərin İdarə Edilməsi və Toplantı Şirkəti” seçildi və 2020 Eventex Global Event Awards-da dünya üzrə birinci oldu.

2021-ci ilin mart ayında Türkiyədə indiyə qədər keçirilən ən böyük insan resursları və liderlik zirvəsi olan "Qlobal HR Zirvəsi 2021"i təşkil etdi və Türkiyədən toplantı sektorunda ilk dünya brendini yaratmağa müvəffəq oldu. Ardınca KREA M.I.C.E. şirkəti, 19-22 oktyabr tarixlərində Türkiyənin toplantı sektorunda marketinq sahəsində ən qlobal, ən əhatəli və ən yüksək səviyyəli beynəlxalq tədbir olan “Qlobal Marketinq Zirvəsi 2021”i təşkil etdi və bu Sammitdə 143 ölkədən 53 min 392 nəfər iştirak etdi. Bu göstəricilər əsasında, Türkiyədə keçirilən ən böyük Marketinq Zirvəsi və bu sahədə Türkiyədən çıxan ilk dünya brendi oldu. KREA M.I.C.E. ötən il 30 mindən çox iş adamının səs vermə mərhələsində iştirak etdiyi və Türkiyənin ən nüfuzlu liderlik mükafatlarından biri olan Qızıl Lider Mükafatları brendinin yaradıcısıdır.

Son xəbərlər
Bütün xəbərlər »