“Dəli kimi sevmək”, “Məhəbbətindən gözü kor olub”, “Eşqin gözü kordur” və s. deyimləri çox eşitmisiniz. Hamı bilir ki, insan sevməyə başladığı zaman ürəyində ritm pozuntusu, həyəcan, gərginlik və narahatlıq meydana gəlir. İnsan sevməyə başlayanda qarşısındakının hansı xüsusiyyətləri olduğunu və mənfi cəhətlərini görmür. Bəs bürclər aşiq olduqları zaman necə olurlar?
Qoç bürcü - Düşünmədən hərəkət edən, ağlına gələni edən, özünü idarə edə bilməyən Qoç aşiq olduğu zaman da özünü tamamilə itirir. Aşiq olan Qoçlar məsələni uzatmadan evllilik təklif edir və evlənirlər. Hamı onun bu addımını dəstəkləməsə də, Qoçun qarşısını kimsə ala bilməz.
Buğa bürcü - Buğa səbrli və sakitdir. Aşiq olunca isə, bir qədər də sakitləşir və eşqi iliklərinə qədər hiss etməyə çalışar. Bəlkə sevdiyinin başına fırlanmaz, sevdiyini dönə-dönə dilə gətirə bilməz, amma Buğa sevdiyi zaman sevgisindən doymaz.
Əkizlər bürcü - Əkizlər aşiq olan zaman çoxlu sual verərlər. Bəzən ağlına gələn hər şeyi soruşar. Fərqlidir, Əkizlər. Aşiq olduqları zaman çox danışarlar.
Xərçəng bürcü - Xərçəng aşiq olduğu zaman xəyal qurmağa başlayar. Xəyallarını həyata keçirmək üçün isə çox düşünməz və dərhal işə başlayar. Gəlinlik, bəylik kostyumu və gəlin üçün çiçəklər seçməyə başlayar. Sevməyə başlayan zaman böyük xəyallar quran Xərçəng xəyal qırıqlığına çox uğrayır.
Şir bürcü - Şir aşiq olan zaman ən bahalı hədiyyələri alar sevdiyinə. Şirlər düşünür ki, dünyanın ən dəyərli insanı onların sevdikləridir. Bu zaman isə, onun ürəyini fəth edə bilmək üçün hər yola əl atarlar.
Qız bürcü - Qız bürcü aşiq olan zaman bütün varllğını sevdiyinə həsr etməyə çalışar. Bəzən elə sevər ki, Qız özünü sevdiyinə həsr edər. Yorulsa da, bütün məsuliyyəti öz üzərinə alıb, bütün işlərin arxasınca tək başına qçaar. Sevgilisinə necə yardım edə biləcəyi haqqında düşünər. Həyatını yenidən dizayn etməyə çalışar.
Tərəzi bürcü - Tərəzi aşiq olduğu zaman öz seçimlərini, istəklərini bir kənara atıb eşqə təslim olarlar. Tərəzi sevən zaman özünü unudub, sevdiyi insan üçün yaşayar. Sevdiyinin əlindən tutduğu zaman hər kəsi, hər şeyi unuda bilər.
Əqrəb bürcü - Aşiq bir Əqrəb sevdiyini dəmir barmaqlıqlar arasına alar və qaçmağa imkan verməz. Nəfəsinin kəsilməsindən və bütün azadlığının əlindən alınmasından qorxan “qurban”, tezliklə qaçıb canını əqrəbdən qurtamağa çalışar. Amma bir müddət sonra Əqrəbin həddən artıq güclü qısqanclığının üzərini sahiblənmə duyğusu örtər və qayğısına qalmağa başlayar. Əqrəb itirməkdən qorxar.
Oxatan bürcü - Aşiq olan Oxatan bürcü, bir yerdə dayanmaz. Gəzər, əylənər və sevdiyini də özü kimi olmasına çalışar. Ancaq belə qaynar həyata hər adam rahatlıqla alışa bilmir. Sevməyə başlayanda böyük həyəcanla başlayan və çılğınlıqlar edən Oxatanın həyəcanı çox tez keçir. Yəni “tez alışan, tez kül olar” misalı Oxatanlar üçün deyilib.
Oğlaq bürcü - Oğlaq aşiq olduğu zaman əvvəlcə bunu qəbul edə bilməz. Ona naməlum bu hissi bir kənara atıb, işləməyə çalışar. Amma bir müddət sonra, ağacların xışıltısı, quşların ötməsi belə ona xoş gəlməyə başlayar. Bu halla bacara bilməyən Oğlaq nə edəcəyini çox düşünər. Ancaq sevdiyini də bəlli etməz.
Dolça bürcü - Dolça dəli kimi aşiq olsa belə, bunu nə baxışından, nə sevgisini göstərmə biçimindən hiss edə bilməzsiniz. Sevdiyi qadına belə dost kimi davranar.
Balıq bürcü - Xəyallarında qaşını-gözünü yaratdığı sevgi ilə qarşılaşan zaman Balıq, onun üçün hər şey etməyə çalışar. Reallığı görməmək üçün gözlərini bağlayar. Sevgisini təkbaşına da yaşaya bilir. Buna görə də Balığın sevgilisi olmaq, "həyatda ən böyük şanslı sənsən" deməkdir.
İlahin, Bizimyol.info






