Dünyada üç milyard insan, yəni əhalinin təxminən 40%-i internetdə sosial şəbəkələrdən istifadə edir. Onlara hər gün orta hesabla iki saat vaxt sərf edirik: qeydlər yerləşdirmək, fotoşəkilləri paylaşmaq, özümüzə lazımi məlumatlar almaq və dostların yazılarına cavab vermək. Hər dəqiqə sosial media istifadəçiləri Snapchat-a demək olar ki, yarım milyon tvit və foto göndərirlər.
Sosial media həyatımızda bu qədər böyük rol oynayırsa, onların bizə necə təsir etdiyini başa düşmək çox vacibdir deyə düşünməliyik. Psixi sağlamlığımızı və rifahımızı qurban veririk və qiymətli vaxtımızı onlayn ünsiyyət üçün israf edirik. Elmi araşdırmalar bu barədə nə deyir?
Sosial media nisbətən yeni bir fenomen olduğundan, son nəticələr əlbəttə ki, hələ də yoxdur. Lakin aparılan tədqiqatların məlumatları bizə artıq müəyyən nəticələr çıxarmağa imkan verir. Sosial media standartsız xidmətlərdən tutmuş siyasi məsələlərə qədər tez-tez qəzəbimizi ifadə etdiyimiz yerdir desək yanılmarıq. Bu bizə buxarı buraxmağa imkan verir, lakin xəbər lentimizi sonsuz mənfilik axınına çevirir.
2015-ci ildə Vaşinqtondakı "Pew" Araşdırma Mərkəzinin tədqiqatçıları sosial şəbəkələrin həqiqətən bizi neqativ emosiyalardan azad etdiyini və ya əksinə, daha çox stressə səbəb olub-olmadığını öyrənməyə çalışıblar. Araşdırmalar sübut eləmişdir ki mobil cihazlr canlı rabitənin keyfiyyətinə pis təsir göstərir. 1800 insan arasında aparılan sorğu sosial şəbəkələrdə qadınların kişilərə nisbətən daha çox stress keçirdiyini göstərib. Tvitter-i ən böyük neqativlik mənbəyi adlandırıblar, çünki o başqalarının həyatındakı xoşagəlməz halları daim xatırladır. Bununla belə, sosial şəbəkələr stressin təsirini azaltmaq üçün də təsirli bir yol ola bilərdi. Araşdırmalardan gördüyümüz kimi nəticələr əksini göstərir. Qadınlar nə qədər çox istifadə edərlərsə, bir o qədər çox stress keçirirlər. Maraqlıdır ki, kişilərdə bu təsir müşahidə edilməyib. Tədqiqatçıların fikrincə, onlar sosial şəbəkələri qadınlar kimi ürəkdən qəbul etmirlər. Ümumilikdə, tədqiqatçılar sosial mediadan istifadənin "nisbətən aşağı stress səviyyələri" ilə əlaqəli olduğu qənaətinə gəlirlər.
Sosial şəbəkələr sizi fərqli insan edir. Nə etdiyinizi, düşüncə tərzinizi dəyişdirir və nəticədə sizi dəyişdirirlər. Görünür bu məxfi məlumatların qorunması ilə bağlı məlum və uzun müddət müzakirə olunan məsələdən bir az daha dəhşətlidir. Onların yaradılmasında iştirak edən mühəndislərlə müsahibələr vasitəsilə bizə platformalarda daha çox vaxt keçirməyimiz üçün sosial şəbəkələrin asılılıq xüsusiyyətlərinin diqqətlə öyrənildiyini və uğurla tətbiq edildiyini başa düşürük. Necə? Çox sadə, sosial şəbəkələrdə istifadə olunan alqoritmlər ideal psixoloji portretlərimizi yaratmağa və bizi öz maraqlarına uyğun olaraq tədricən dəyişdirməyə qadirdir.
Edvard Tufte "Sosial Dilemma" kitabında deyir: "müştərilərini "istifadəçilər" adlandıran yalnız iki şirkət var: narkotik alveri və proqram mühəndisliyi." Sosial platformalar öz xidmətlərini pulsuz təklif edir, ona görə də biz onların satdıqları məhsulun bizim diqqətimizdə olduğunu düşünürük və “Xidmət pulsuzdursa, deməli siz məhsulsunuz". Lakin məsələ bununla məhdudlaşmır. İnsanın davranışında və qavrayışında tədricən incə, hiss olunmayan dəyişikləklər yaranır.
5000 insan üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, insanlar sosial mediadan nə qədər çox istifadə edirsə, onlar öz fiziki və ruhi sağlamlıqlarını bir o qədər pis qiymətləndirirlər və həyatdan məmnunluqlarını bir o qədər aşağı salırlar.
Tanınmış texnologiya nəhəngləri üçün işləyən mühəndislərin əksəriyyəti öz məqsədlərinə çatmaq, manipulyasiya etmək üçün insan psixologiyasının əsaslarından necə istifadə etməyi öyrəndikləri universitet kurslarına qatılırlar. Sosial şəbəkələrə nə qədər müqavimət göstərməyə çalışsaq da, insan təbiətinin ən dərin təzahürləri üzərində uğurla oynayır. Psixoloji manipulyasiya gənc nəsillər üçün xüsusilə narahatlıq doğurur. İndiki uşaqlar texnologiyaya əsaslanan bir dünyada doğulurlar ki, onlarla müqayisə etmək üçün heç bir şey yoxdur. Bütün bunlar uşaqların psixi sağlamlığına böyük təsir göstərir, yeniyetmələr arasında intiharların və özünə zərər vurma təzahürlərinin sayının artmasına səbəb olur.
Sosial şəbəkələrdən mənfi istiqamətdə istifadə olunmaması üçün sosioloqlar hesab edirlər ki, bunun üçün müəyyən maariflənmə işləri aparılmalıdır. Çünki insanlar yanlış yolda olduqlarını bilmirlər, onları düzgün yola yönləndirmək isə bu sahədə işləyən, kifayət qədər məlumatı olan insanların üzərinə düşür.
Havar, Bizimyol.info






