Telefonlar hamının həyatının əsas hissəsini təşkil edir. Demək olar ki, gecə yatanda da, səhər yuxudan oyananda da ilk görüşdüyümüz, ilk gördüyümüz vasitə telefon olur. Kimsə zəng edibmi, kimsə mesaj yazıbmı, “facebookda kim nə paylaşıb” və s. və ilaxır düşüncələrlə telefonu əlimizə alırıq.
Mütəxəssislərə görə, bu gün dünyada insanların çox hissəsində nomofobiya - yəni telefonsuz qalma qorxusu var.
Sosial şəbəkələrəd aparılan müzakirələrdə belə məlum olur ki, maddi sıxıntılar içərisində yaşayan insanlar belə internet asılılığını tətmin etmək üçün ağıllı telefon almağa çalışırlar.
Fikir versəniz görərsiniz ki, əksər insanlar bahalı ağıllı telefonlar əldə etmək üçün kreditlə götürü və bəzən illərlə bu kreditlə mübarizə aparmalı olurlar. Telefon köhnəlir, sıradan çıxır, krediti isə bitmək bilmir. Nədir insanlarda bu ağıllı telefonlara olan bağlılıq?
Psixoloq Elnarə İsazadənin sözlərinə görə, telefon asılılığı nomofobiya adlanır. Bu bir xəstəlikdir. Belə ki, şəxs telefondan ayrı qalan zaman panikaya düşmək, ümidsizliyə qapılmaq, tez-tez mobil telefona baxmaq ətrafındakıların danışığına fikir verməmək, diqqətinin işə verə bilməmək nomofobiyanın əsas əlamətlərindəndir.
“Tez-tez mobil telefonuna zəng gəlmədiyi halda zəng gəlir düşüncəsinə qapılmaq hissinə “mobil telefon vibrasiya sindromu” deyilir. Nomofobiyalı insanların 58 faizi telefonlarına baxmadan 1 saat belə keçirə bilmirlər. Bu daha çox 18-24 yaşlı gənclər arasında özünü büruzə edir. Yuxudan oyandıqdan sonra insanlarln çox hissəsi 15 dəqiqə telefonla məşğul olur”,- deyən psxioloq bildirib ki, xəstəlik tənhalıq hissi, yadlaşma duyğusu yaradır. Artıq xəstələr real mühitdə deyil, virtual mühitdə rahatlıq tapmağa çalışrılar.
Belə olan təqdirdə isə, özünü xoşbəxt hiss etmə duyğusu itir. Əgər insanın özünə inamı azdırsa, o daha tez nomofobiyaya yoluxur. Özübü real həyatda ifadə edə bilməyən, utancaq insanların çox hissəsi nomobiyalıdır. Nomofobiya başağrılarına, görmə problemlərinin yaranmasına və digər problemlərə də yol acır. Ağıllı telefon asılılığı tənhalıq, depresiyaya da səbəb olur.
Nomofobiyadan qurtulmaq mümkündürmü?
Ekspert bildirir ki, bunun üçün bildirşləri bağlamaq, telefonsuz zaman keçirməyə çalışmaq, proqramların sayını azaltmaq, yemək masasıa, yataq otağına telefon aparmağı qadağan etmək lazımdır: “İnsan hər şeyə qadirdir. Nomofobiyadan qurtulmaq üçün bir qədər iradəli olmaq, telefondan bacardığınız qədər imtina etməyi bacarmalısınız. Özünüzə limit qoyun. Telefonu zamanla həyatınızdan çıxarmağa çalışın”.
Təbii ki, telefonu həyatımızdan tam çıxarmaq mümükn deyil. Çünki işlərimizin çox hissəsini məhz telefon üzərindən həll edirik. Ancaq müəyəyn qədər limit qoymağı düşünmək olar…
İlahin, Bizimyol.info






