Almaniyada "Telegram" ölkədə sosial şəbəkələr haqqında qanunun tələblərinə əməl edilməməsi ilə bağlı davam edən iki hal üzrə 55 milyon avroya qədər cərimələnə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə “Sueddeutsche Zeitung” qəzeti Almaniya Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Ədliyyə Nazirliyi "Telegram"a cərimə tətbiq etmək üçün iki prosesə başlayıb. Birinci təhqiqat messencerin administrasiyasına "cinayətkar" məzmun - nifrət və təqiblər barədə birbaşa və "asanlıqla fərqləndirilə bilən" məlumat verilmə yolunun olmaması, ikincisi - Almaniyada messencer tərəfindən sifariş edilmiş şəxsin olmaması ilə bağlıdır. Birinci halda "Telegram"ı 50 milyon avroya, ikinci halda isə beş milyon avroya qədər cərimə gözləyir.
Hər iki tələb Almaniya Federativ Respublikasının “Sosial şəbəkələrdə istifadəçilərin hüquqlarının müdafiəsi haqqında” (NetzDG) qanunundan irəli gəlir. "Telegram"ın baş qərargahının yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərinə bu iş çərçivəsində iki məktubun çatdırıldığı barədə nazirliyin sözçüsü bildirib.
Yanvarda Almaniyanın ədliyyə naziri Marko Buşman demişdi ki, messencer ölkədə hüquqi məsələlərlə bağlı qarşılıqlı əlaqə üçün nümayəndə təyin etməsə, cərimələnə bilər. "Messenger Almaniyada əlaqələndirici adamını təyin etməli və qeyri-qanuni materiallar barədə məlumat vermək imkanı yaratmalıdır", - deyə nazir bildirmişdi.
Bizimyol.info






