Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial medianı ödənişli etmək istəyirlər
Sosial medianı ödənişli etmək istəyirlər

Sosial media şirkətləri də bu həftə "əllərini cibimizə soxacaq" açıqlamalar verib. Mövcud internet sistemində sosial media xidmətləri aldığımız üçün internet xidmətindən başqa ödəniş etmirik, lakin şirkətlər bunu dəyişmək istəyirlər.

Bizimyol.info xəbər verir ki, ötən gün Meta (Facebook) şirkətinin baş direktoru Mark Zukerberq ABŞ-da "İnstagram" üçün abunə sistemini sınaqdan keçirəcəklərini bildirib.

Zukerberq 2018-ci ildə oxşar layihəyə işarə etmişdi və şirkət 2023-cü ilə qədər "İnstagram" abunəliklərindən ödəniş etməyəcəyini elan etmişdi. "İnstagram"da məzmun istehsalçısına abunə olan insanlar istehsalçıların yalnız abunəçilər üçün hazırladıqları məzmunu görə biləcəklər.

"Abunəlik proqnozlaşdırıla bilən gəlir əldə etməyin ən yaxşı yoludur", - deyə "İnstagram"ın baş direktoru Adam Mosseri bildirib.

Məzmun istehsalçıları aylıq abunə haqqını özləri təyin edə biləcəklər, ödənişlər 0,99, 1,99, 2,99, 4,99, 9,99, 19,99, 49,99, 99,99 dollar ola bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »