Prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə onun ölkəsinə işgüzar səfərə yola düşüb.
Bizimyol.info xəbər verir ki, dövlət başmılarının görüşü yerli vaxtla saat 13.00-da Rusiyanın Soçi şəhərində baş tutacağıı bildirilir.
Prezidentlər xüsusilə Suriya, Liviya və Əfqanıstanda baş verən hadisələri barədə fikir mübadiləsi edəcək, Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələrin aktual regional inkişafı və beynəlxalq problemlərin həlli müzakirə ediləcək.
Görüşdə Prezident Ərdoğanı MİT direktoru Hakan Fidan, Prezidentin sözçüsü İbrahim Kalın və Əlaqə Direktoru Fahrettin Altun müşayiət edir.
Bizimyol.info






