Türkiyənin Antalya şəhərində zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin verdiyi məlumata görə zəlzələ 4.5 bal gücündə olub.
Yeraltı təkanlar Antalyanın Kumluca ərazisində yerli vaxtla saat 14:14-də qeydə alınıb. Zəlzələnin episentri 26,2 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.






