Yay ayları geridə qaldı, sentyabr başlayıb. Payızın yeni nəfəs gətirəcəyinə şübhə yoxdur. Görəsən, sentyabrda bizi nə gözləyir. Bizimyol.info ukraynalı astroloq Arina Arturovnanın proqnozunu təqdim edir.
Qoç – Bu ay ehtiyatlı olmaq lazımdır. Sağlamlıqla bağlı proiblemlər ortaya çıxa bilər. Dürüst olmaq işinizi yalnız yüngülləşdirər. Səfərlər özü ilə böyük xərclər və gərginlik gətirəcək.
Buğa – Evdə görüləsi işlər çoxdur. Karyera pilləkənində irəliləmək mümkündür. Şəxsi münasibətlərdə yalnız xoş sürprizlər olacaq. Müalicə üçün uyğun zamandır.
Əkizlər – Ailəyə, valideynlərə vaxt ayırmaq üçün yaxşı dövrdür. Kiməsə köməyiniz gərək ola bilər. Artıq danışmamağın yalnız faydasını görərsiniz. Sizi sentyabrda aldatmağa çalışacaqlar, diqqətli olun. Daşınmaz əmlakla bağlı sərfəli təkliflər alacaqsınız.
Xərçəng – Demək olar, hansı işə əl atsanız, xeyir görəcəksiniz. Əlbəttə, diqqətli olmaq da vacibdir. Məsələn, təyyarəyə gecikməmək və ya baqajı itirməmək məsələlərində. Romantik günlərin sayı çox olacaq.
Şir – Maliyyə baxımından gərgin ay olacağı gözlənilir. Çox məsələlər qaydasına salınmalıdır. Ayın ilk yarısı nəinki qazanc gətirməyəcək, əksinə, zərər görə bilərsiniz. Çox narahatlığa əsas yoxdur, daşınmaz əmlakla bağlı addımlar uğurlu olacaq.
Qız – Bu ay xarici görünüşə fikir vermək yaxşı olardı. Məsələn, arıqlamaq və ya idmanla məşğul olmaq. Sizin təşəbbüskarlığınızdan çox şey asılıdır. Sosial vəziyyəti yaxşılaşdırmaq cəhdləri təqdirəlayiqdir. Bu istiqamətdə fayda olması mümkündür.
Tərəzi – Səhhətinizə diqqət ayırmalısınız. İntriqalardan qaçmağın yalnız xeyrini görəcəksiniz. Evdə həmişə açıq danışmaq lazımdır. Yaradıcılıq baxımından yaxşı ay olacaq.
Əqrəb – Yeni layihələr üzərində çalışacaqsınız. Spirtli içkilərdən və mərc oyunlarından uzaq dayanın. Biznes həyatında ayın ilk yarısında uğur gözləməyin. Həmişə “B” planınız olsun.
Oxatan – Sizin dürüstlüyünüz, zəhmətsevərliyiniz gözəl nəticələr verəcək. Xarici səfərlər yaxşı keçəcək. Evdəki çətinliklərdən qorxmayın. Yaxın qohumlardan kiminsə möhkəm xəstələnməsi ehtimal olunur.
Oğlaq – Sentyabrda yaradıcılığı unutmayacaqsınız. Sizin üçün yeni üfüqlər açılır. Mümkün qədər uzaqgörənlik nümayiş etdirin. Avantüra və qanun pozuntusu məsləhət görülmür.
Dolça – Borcların, kreditlərin ödənməsi zamanıdır. Diqqətli olmaq lazımdır. Neqativ məlumatları görməzdən gəlin. Heç nə sizdə travma qoymasın.
Balıq – Sentyabrda münasibətləri aydınlaşdırmaq lazım gələcək. Amma biznesdə, işdə yalnız uğur gözlənilir. Məhkəmə işləri xeyrinizə bitməyə bilər. Uşaqlar sizdən çox diqqət gözləyə bilər, həssas olun.






