Nəzirə Rüstəmova Özbəkisatanda, ucqar bir dağ kəndində doğulmuşdu. 1969-cu ildə 4 yaşında qız özündən gedib və ayılmayıb.
Ona günvurma diaqnozu qoyulub və xəstəxanaya çatdırılıb. 2 gün sonra uşağa xəstəxanada ölüm diaqnozu qoyulub və 4 yaşlı Nəzirəni dəfn ediblər. Lakin babası yuxuda onun ölmədiyini görüb və Nəzirənin məzarı açılıb. Nəzirə ayıq deyildi, lakin babası israr edib və həkimlər ölünü yenidən müayinə ediblər. Onun nəbzinin vurduğu məlum olub. Uşaq letargiya yuxusuna getmişdi və bu yuxu 16 il davam elədi.
Nəzirə indi o günləri aydın xatırlamır. Lakin onu bilir ki, o yuxular aləmində öz ömrünü yaşayırdı.
Onun öz dünyası var idi və valideynləri ilə də bu aləmdə görüşdüyü üçün özünü qərib hiss etmirdi. Qız 1985-ci ilin avqustunda letargiya yuxusundan oyandı.
Oyandıqdan sonra qızı və ailəsini araşdırmaq üçün Moskvaya gətirirlər. Alimlər bu fenomeni araşdırmağa çalışır və anlamırdılar. Nəzirə üşümür, istilənmir, tualetə getmir, acmırdı. Eyni zamanda paltar da geyinmək istəmirdi. Çünki illərlə olduğu dünyada o və ətrafındakılar işıqdan libasa bürünmüş şəkildə idilər. Nəzirə 4 yaşında yatıb, 20 yaşında oyanmışdı və bu dünya ona tamamilə yad idi. O yuxuda olduğu zamanda müxtlif dünyalarda yaşadığını deyir. Kvadrat, çevrə oval, alovlu, sulu aləmlər var idi. Oyanarkən böyüməmişdi. 5-6 yaşlarında qalmışdı. Lakin oyandıqdan sonra 2 il ərzində qız 16 illik bioloji inkişaf yolunu keçdi. Öz dediyinə görə, yuxuda olarkən deyilən hər şeyi eşidib. Hətta otağında qoyulmuş radioda səsləndirilən bir çox musiqiləri artıq əzbər bilirdi. Uzun müddət bioloji tələbləri olmayıb və insanların ətrafında olmasını anlamayıb. O uzun müddət insanlıarın içindən keçib və insanları görməyib, levitasiya edib. Uşaqkən insanların beyinlərindən keçən hər şeyi oxuya bilir, ruhunu bədənindən uzaqlaşdırıb, müxtəlif məkanlara uça bilirdi.
Eyni zamanda 3 yerdə mövcud ola bilib. Nəzirə deyir ki, yuxuda olduğu 16 il müddətində ona hər şeyi yuxuda ulu babası, Asiyada mübarək şəxs kimi tanınan Hoca Əhməd Yasəvi öyrədib. 4 yaşında yuxuya gedən balaca Nəzirə ayılanda Quranı əzbərdən bilirdi və Yasəvi ona müdrikliyi, həyatın sirlərini aşılamışdı.
Nəzirə fenomeni Moskvada uzun müddət araşdırıldıqdan sonra onun haqqında “tam məxfi” qrifi ilə sənəd açıldı. Cuna Davitaşvili, Alan Çumak, Yuri Lonqo kimi tanınmış medium və ekstrasenslərlə eyni mərkəzdə çalışıb və qəbullar keçirib. Nəzirə Rüstəmova hazırda Moskvada yaşayır və insanların müalicəsi ilə mşğul olur. Onun hər seansı 15-20 dəqiqə çəkir və əlindən şəfa alıb gedən insanların sayı hesabı yoxdur.
Nəzirə deyir ki, bu aləmdəki insanlar yatırlar. Onları oyandırmaq lazımdır ki, əbədi həyata hazırlansınlar.
“İnsanların xeyirxahlıq əməlləri azalıb deyə əzab çəkirlər. Əlinidə olanlar sizə lazım olanlar deyil. Bu gün ömrününüzü həsr edərək nail olduqlarınızı, varı, mülkü bir gün itirə bilərsiniz. İnsanların beyni yaddaş diski kimidir. Gərəksiz bilgilər beyni də, ruhu da çirkləndirir. Özünüzdə özünüzü axtarın. Oyanmaq və yaşamaq lazımdır. Allahın istədiyi kimi kamilləşərək və yaradıcılıqla yaşamaq”,- deyə o bildirir.
İlhamə Rəsulova, Bizimyol.info






