ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançıları İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmaq üçün yerləşdirildikləri Böyük Britaniyanı tərk ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) portalı məlumat yayıb.
Verilən məlumata görə, iyulun 1-də altı "B-52 Stratofortress" bombardmançısı üç təyyarədən ibarət iki qrup şəklində Feyrford aviabazasından havaya qalxaraq bölgəni tərk edib. Bildirilir ki, bu təyyarələr İslam Respublikasının ərazisinə endirilən zərbələrdə istifadə olunub.
Portal qeyd edir ki, "B-52 Stratofortress" təyyarələrinin Böyük Britaniyadan çıxarılması zərurət yaranacağı təqdirdə ABŞ-ın İrana qarşı hücumları yenidən bərpa etməsinə mane olmayacaq. Belə ki, İngiltərənin cənub-qərbində yerləşən həmin aviabazada 12 "B-1 Lancer" strateji bombardmançısı qalmaqda davam edir. Bundan əlavə, Vaşinqton ABŞ ərazisində yerləşən "B-52", "B-1" və "B-2" strateji bombardmançılarını da əməliyyatlara cəlb etmək imkanına malikdir.
Bizimyol.info






