Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində bədbəxt hadisə baş verib.
Belə ki, paytaxt Dehlidən turistik kənd olan Chitkula gedən turistlərdən 9-u dağdan yumalanaraq gələn qaya nəticəsində həlak olub. Üç nəfər isə ağır yaralanıb.
Hindistan Baş naziri Narendra Modi həyatını itirənlərin ailələrinə başsağlığı verib və hadisədən zərər çəkənlərə dövlət tərəfindən yardım göstəriləcəyini bildirib.
Onu da qeyd edək ki, dağdan yumalanaraq gələn qayalar çox saylı avtomobillərə zərər vurub, körpünün çökməsinə səbəb olub.
Xatırladaq ki, Hindistanda, son günlərdə gözlənilən leysan yağışları səbəbiylə sürüşmə xəbərdarlıqları edilib.
Leyla






