Bizimyol.info qoroskop həvəskarlarına 24 iyul, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:
Gün çox xoş anlar gətirəcək. Xüsusilə yaxın insanlarla ünsiyyət üçün çox uyğundur: ortaq bir dil tapmaq asan olacaq, fikir ayrılıqları və mübahisələrə səbəb olmayacaq. Gələcək planlarınızı müzakirə etmək faydalı olacaq; ortaq hərəkətlər barədə tez bir zamanda razılaşmaq mümkün olacaq. Romantik sürprizlər də daxil olmaqla xoş sürprizlər mümkündür.
Bəzi işlər gözlədiyinizdən daha uzun çəkəcək. Bundan əlavə, uzun müddətdir qüvvədə olan sövdələşmələr pozula bilər. Əlbətdə bu, üzücüdür. Ancaq çox kədərlənməyin: hədəflərinizə çatmağın bir yolu olacaq.
Qoç - Hədəflərinizə tez bir zamanda çata bilməyiniz çətin ki, baş tutsun. Səbrli olun və işlərin plandan kənara çıxmasına əsəbiləşməyin. Çoxdan yol verdiyiniz bəzi səhvləri düzəltmək məcburiyyətində qalacaqsınız.
Ancaq nə olursa, olsun, nikbin, şən və uğurlara qarşı inanclı qalacaqsınız və doğru yoldasınız. Müsbət tendensiyaların təsiri hər saat artacaq. Günortadan sonra həm xoş sürprizlər, həm də sevinmək üçün səbəblər olacaq. Bu zaman ailə tədbirləri və yaxınlarınızla ünsiyyət üçün əlverişlidir.
Buğa - Gün yaxşı başlayacaq. Çox tərəddüd etmədən qəbul edəcəyiniz maraqlı təkliflər ola bilər. Qeyri-adi görüşlər mümkündür. Bəzi Buğalar pozduqları üçün peşman olduqları münasibətləri bərpa etmək şansı qazanacaqlar.
Günortadan sonra daha sakit keçəcək. Çətin ki, bəzi əlamətdar hadisələr və mühüm qələbələrlə yadda qalsın. Ancaq yaxşıca istirahət etmək, gücünüzü bərpa etmək və gələcək planlarınız barədə düşünmək fürsətiniz olacaq. Kiçik alış-verişlər yaxşı alınacaq.
Əkizlər - Səhər tezdən emosional fon gərgin olacaq. Yaxşı əhval-ruhiyyədə oyanmaq üçün bir az daha çox yatsanız, yaxşı olar. Bu seçim xoşunuza gəlmirsə, unutmayın ki, günə vacib qərarlar və ciddi söhbətlərlə başlamaq məsləhət deyil. Bunun üçün uyğun vaxt günortadan sonra gələcək.
Hər keçən saat müsbət tendensiyaların təsiri güc yığacaq. Başqaları ilə ünsiyyət qurmaq daha asan olacaq, sevinmək üçün daha çox səbəblər ortaya çıxacaq. Bəzi Əkizlər son vaxtlar onları narahat edən bir problemi necə həll edəcəklərini başa düşəcəklər.
Xərçəng - Bu gün üçün vacib bir iş planlaşdırırsınızsa, səhər işə başlayın. Bu, tez bir zamanda uğur qazanmağınıza, boş yerə vaxt itirməməyinizə imkan verəcək. Vaxt keçdikcə işinizdə gecikmə, hədəfinizə vaxtında çatmağınıza mane olacaq bəzi hadisələrin baş vermə ehtimalı artacaq.
Günortadan sonra səmimi görüşlər, qeyri-rəsmi atmosferdə ünsiyyət üçün çox uyğun vaxtdırr. Görüləsi bir çox maraqlı işlər, həmçinin sevinmək və gülmək üçün səbəblər olacaq. Romantik görüşlər məyus etməyəcək. Gün xoş təəssürat yaratmaq istədiyiniz biri ilə tanış olmaq üçün yaxşıdır.
Şir - Səhər vacib söhbətlər üçün yaxşı vaxtdır. Nəyi və kiminlə müzakirə etməyinizin əhəmiyyəti yoxdur. Hər halda, asanlıqla həmsöhbətlərinizi haqlı olduğunuza inandıra bilərsiniz, əvvəllər şübhə ilə yanaşanlara da həvəsinizi yoluxdura bilərsiniz. Əvvəllər sizə şübhə edən insanlar nə dərəcədə səhv etdiklərini başa düşəcəklər.
Daha sonra gündəlik fəaliyyətiniz üçün uyğun vaxt gələcək. Onlarla həmişəkindən daha şevik məşğul olacaqsınız və çətin ki, yorulasınız. Evdə dəyişiklik etmək üçün yaxşı zamandır: mebelləri yenidən düzün, interyeri yeniləyin.
Qız - Səbrli olun və mümkünsüz olanı özünüzdən və ya başqalarından istəməməyə çalışın. Bu gün başqalarının zəif cəhətlərinə sakit yanaşmaq və daha yaxşı variantları görmək qabiliyyəti sizin üçün çox faydalı olacaq.
Bəzi vacib və mürəkkəb işlərə başlamazdan əvvəl bunun öhdəsindən gəlməyə hazır olub-olmadığınızı düşünün. Vaxtında kömək almaq çətin olacaq. Və bu baş verərsə, vəziyyəti hələ də idarə etməlisiniz - bu da çox enerji tələb edəcək. Axşam yaradıcılıq tələb edən hər bir fəaliyyət üçün əlverişlidir. İstədiyiniz nəticəni əldə edəcəksiniz və xoş vaxt keçirəcəksiniz.
Tərəzi - Gün hadisələrlə, işlərlə və narahatlıqlarla doludur. Təəssüf ki, bəzən mənasız hay-küydən qaçmaq olmur, bir çox səyləriniz və enerjiniz boş yerə sərf olunur. Əvvəlcədən bir iş planınız varsa və hər mərhələdə ona sadiq qalmağa çalışsanız, daha asan olacaq. Bu gün ortaya çıxma ehtimalı olan yeni fikirləri bir az sonra həyata keçirə bilərsiniz.
Başqaları ilə münasibətlər həmişə asan olmur; bəzən əvvəllər yaxşı münasibət qurduğunuz insanlarla da mübahisə edirsiniz. Amma hər dəfə vəziyyəti həll etmək üçün bir yol tapacaqsınız, ciddi bir münaqişəyə yol verməyəcəksiniz.
Əqrəb - Çox məhsuldar bir gündür. Çox yaxşı nəticələr əldə edilə bilər və məqsədə çatmaq üçün çox vaxt əlavə səy göstərməyə ehtiyac yoxdur. Ulduzlar sizin tərəfinizdədir, hər işdə onların dəstəyinə etibar edə bilərsiniz.
Əvvəllər sizi və sevdiklərinizi narahat edən bəzi məsələləri həll etmək imkanınız olacaq. Yalnız öz rifahınızı deyil, başqalarının da maraqlarını düşünürsünüz; hamı sizin qayğıkeşliyinizi bəyənir. Xoş tanışlıqlar ehtimalı var. Bəzi Əqrəblər yeni dostlar tapacaqlar, onlarla ünsiyyət həyatlarını yaxşılığa doğru dəyişdirəcək.
Oxatan – Pul məsələlərində xüsusilə diqqətli olun. İndi kortəbii alış-verişlərin zamanı deyil. Gün əvvəlcədən planlaşdırılmayan əməliyyatlar üçün də uyğun deyil. Əks təqdirdə itkiləriniz olacaq.
Bir çox Oxatanlar yığılıb qalmış problemlərin öhdəsindən gəlmək və çoxdan qoyulmuş bir hədəfə çatmaq üçün necə hərəkət etməli olduqlarını başa düşəcəklər. Bir çox insanlar sizə kömək etmək istəyəcək. Həm köhnə, həm də yeni tanışlarınız fikirlərinizi bəyənəcəklər. Günortadan sonra kiçik səyahətlər üçün uygundur. Belə səyahətlər müsbət əhvala köklənməyə kömək edəcək.
Oğlaq - Ən vacib işləri özünüz idarə etməyə çalışın. Beləliklə, istənilən nəticəni tez bir zamanda əldə edəcək və bir çox xoşagəlməz məqamların qarşısını ala biləcəksiniz. Köhnə müqavilələr pozula, planlar dəyişə bilər. Narahatlığa boyun əyməsəniz, şübhəsiz ki, bu gün açılacaq yeni fürsətləri də görəcəksiniz.
Kiçik, lakin qanqaraldıcı maliyyə itkiləri və uğursuz alış-verişlər mümkündür. Dostlarınızdan borc almaq arzuolunmazdır: bu münasibətlərinizə pis təsir göstərə bilər.
Dolça - Çətin, lakin çox məhsuldar bir gündür. Gözlənilməz problemlər yarana bilər. Onları həll edərkən çox şey öyrənəcəksiniz və daha sonra bu təcrübə sizin üçün əlverişli olacaq. Qeyri-adi görüşlər mümkündür. Bəzi Dolçalar mübahisə edib küsdükləri adamla barışmaq, köhnə münasibətləri bərpa etmək şansı qazanacaqlar.
Tələsməyin. İşləri tez bir zamanda yerinə yetirmək həmişə mümkün deyil və vəziyyəti dəyişdirmək üçün enerjinizi boş yerə sərf etməkdənsə, sadəcə, bir az gözləmək daha yaxşıdır. Dostlarla ünsiyyət sevindirəcək və ruhlandıracaq. Sizi bir çox cəhətdən dəstəkləməyə hazırdırlar.
Balıq – Sınanılmış yolla getməkdənsə, özünəməxsus tərzdə hərəkət etməyi üstün tutursunuz. Bu gün, əvvəllər demək olar ki, ümidsiz görünən işlərdə uğur qazanmaq şansı verən də məhz budur. Bir çox Balıqlar qibtə ediləcək ixtiraçılıq qabiliyyəti nümayiş etdirəcəklər, heç kimin ağlına belə gəlməyən ideyalar ortaya qoyacaqlar. Ətrafdakı insanları heyrətləndrəcəksiniz.
Çox güman ki, ailədə xoş hadisələr baş verəcək. Sevdiklərinizlə ünsiyyət sevindirəcək. Hər hansı kiçik fikir ayrılığı varsa, tez bir zamanda aradan qaldırılacaq. Axşam gələcək planlar barədə danışmaq üçün yaxşı zamandır. Bu saatlar qurulan planların çoxu gələcəkdə gerçəkləşəcək.






