Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda hökumət binası yumurta hücumuna məruz qaldı - Video
İrəvanda hökumət binası yumurta hücumuna məruz qaldı - Video

İrəvanda etirazçılar geri çəkilmir. Onlar hər gün daha inadla Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Bizimyol.info xəbər verir ki, İrəvanda hökumət binası yumurta hücumuna məruz qalıb. Dekabrın 24-də etirazçılar binaya mümkün qədər yaxınlaşmağa çalışıb. Onların qarşısını polis əməkdaşları kəsib. Buna baxmayaraq, etirazçılara hökumət binasını yumurta atəşinə tutmağa mane olmaq alınmayıb.

Nikol Paşinyan Nikol Paşinyan

Dekabrın 23-də Paşinyanın istefasını tələb edənlər onun avtomobil kortejinə hücum etmişdi. Onda maşınlara qartopu atılmışdı. Kortej hökumət binasından uzaqlaşandan sonra etirazçılarla polis əməkdaşları arasında qarşıdurma baş vermişdi.

Son xəbərlər
Bütün xəbərlər »