Kaliforniya ştatının (ABŞ) sahilləri yaxınlığında iri ağ köpəkbalığı insana hücum edib.
Bizimyol.info xəbər verir ki, “Los Angeles Times”ın məlumatına görə, Katalina adası yaxınlığında üzgüçü Denni Makdenielin qayığına təxminən 5,8 metrlik köpəkbalığı hücum edib. O qayığı dişləri ilə tutub sərt dartaraq 180 dərəcə fırladıb. Balıq getdikdən sonra Makdeniel qayığında iki 5 santimetlik diş aşkar edib.
Üzgüçü bildirir ki, həyatında bir çox köpəkbalığı görüb və hətta sinəsinə onun tatusunu vurdurub, lakin belə bir ölçüdə balığa ilk dəfə rast gəlib.
Hannibal kimi də tanınan böyük ağ köpəkbalığı, dünyanın ən böyük yırtıcı balıqlarından biridir. Bu növdən olanköpəkbalıqları orta hesabla 4,6-4,8 metrə qədər böyüyürlər və insanlar üçün ən təhlükəli yırtıcılardan hesab olunurlar.
Bizimyol.info






