Sentyabrın 17-dən Bakıda Avropa İttifaqının təşkil etdiyi “Qız qalası: Qadın olmaq” festivalı çərçivəsində təşkil olunmuş incsəsənət sərgisi dünən "namus-qeyrət mühafizəçiləri"nin qurbanına çevrilib.
Bizimyol.info xəbər verir ki, avanqard tərzdə rəsmlər çəkən rəssamın əl işinə müdaxilə edilib. Belə ki, Bakıətrafı kombinatların birinin üzərinə çəkilən yarıçılpaq qadın təsviri izləyicilərin tələbi ilə dəyişdirilib.
Şəkili çəkən İsveçli xanım əvvəlcə bu şəkili çəkəndə qadının cinsiyyət orqanının yerində kişi cinsiyyət orqanını təsvir edib..Amma sərginin açılışı günü kimlərsə gəlib müdaxilə edib və bu 1-ci şəkildə göründüyü kimi gizlədilmişdi. Xanım rəssam bildiib ki, o qadının həm qadın, həm də kişi olduğunu vurğulamağa çalışıb.
Tamaşaçılar və sosial şəbəkə istifadəçiləri isə bunu homseksualizmin təbliği kimi dəyərləndiriblər.
“Hər iki şəkil bərbaddır. Müəllifi kim olsa da. Şəkil kəlimələrdən daha çox təsir edir. Rəssamın qadın şəkilinə kişi cinsi orqan qoyması niyyətini ortaya qoyub zatən. Bu nə vaxtdan mədəniyyət sayılıb? Yoxsa Avropa ölkəsindən hər gələn tərzi mədəniyyət kimi qəbul etmək məcburiyyətimiz var? Bu şəkilə olan hörmətəmi qaldı qadına olan hörmət ölçümüz?”
İzləyicilərin böyük əksəriyyəti bu şəkildə paylaşımlarla etirazlarını bildirblər.
Bizimyol.info






