Tamam Bayatlı: “BP-nin apardığı uzun müddətli strategiya nəticəsində “Sərincə” fəaliyyətini dayandıracaq”
Son günlər sosial mediada “BP Azərbaycan” şirkətinə məxsus “Sərincə” obyektinin ekologiyaya və ətraf mühitə zərər vurması ilə bağlı məlumatlar yayıldı. İddiaya görə həmin obyekt yerləşdiyi Qaradağ rayonunun Şonqar qəsəbəsində sakinlərin təssürüfatına ziyan vurub.
BP şirkətinin məsul şəxsləri vəziyyətlə yerində tanış olmaq üçün “Sərincə” obyektinə medaitur təşkil ediblər.
Kənd təsərrüfatı üçün yararsız ərazidə yerləşən “Sərincə” obyektinin girişində jurnalistlərə təhlükəsizlik qaydaları izah olunub və onlar da əməyin mühafizəsi qaydalarına əməl edərək obyektə daxil olublar.

“BP Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, BP şirkəti beynəlxalq standartlara uyğun fəaliyyət göstərir: “Azərbaycan hökuməti hər ay orda monitorinq keçirir, havanı, suyu torpağı yoxlayır”.
T.Bayatlı bildirdi ki, “Sərincə” 20 ildir fəaliyyət göstərir, orda 30 nəfər işləyir: “BP “Sərincə”dəki tullantıların emalı və saxlanması obyektinə daşınması və orada idarə olunması əməliyyatlarına məsuliyyətlə yanaşmaq öhdəliyi götürüb. Obyektin müvafiq lisensiyazı var və dənizdəki əməliyyatalrımızın nəticəsində əmələ gələn qazma şlamlarının məsuliyyətli şəkildə emal olunması, saxlanması və idarə olunması üçün uyğundur. Obyekt sənayenin tələblərinə və dünyada tullantıların idarə olunması üzrə mövcud beynəlxalq qaydalara tam uyğundur
BP özü də burada ətraf mühit üzrə ekoloji monitorinq aparılır. Hər ay bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat verilir. Bütün hesabatlarımız audit şirkətlər tərəfindən yoxlanılır.
Biz 25 ildir üzərimizə götürdüyümüz öhdəliyi tam səmərəli, sərfəli və təhlükəsiz şəkildə yerinə yetiririk. Bizim əsas işimzi neft yataqlarını təhlükəsiz səmərəli şəkildə işləməkdir. Biz Azərbaycan hökuməti ilə müqavilə bağlamışıq və üzərimizə öhdəliklər götürmüşük. O öhdəliklərimizi də sonuna qədər yerinə yetirmişik”.

T.Bayatlı bildirib ki, “Sərincə” hər birinin tutumu 750 kub olan iki çala təşkil olunub. Ərazidə təmizləyici qurğular və çənlər quraşdırılıb. Neft çıxarılan ərazilərdən şlamları həmin bu çalalarda toplanır və burada təmizləmə prosesindən keçir. Burada xüsusi avadanlıqlar vasitəsilə şlamdan yağ və su əsaslı məhlullar bir-birindən ayrılır.
Məqsəd də ondan ibarətdir ki, məhlulları təmizləyərək onlardan yenidən istifadə etmək mümkün olsun.
T.Bayatlı vurğuladı ki, sözlərinə görə, ərazidə yerləşən qurğuların özləlliyi isə ondan ibarətdir ki, kimyəvi maddələrdən istifadə olunmur. Çalaların ətrafına da hansısa sızmalar olmasın deyə, xüsusi monitorinq quyuları təşkil olunur.
“BP Azərbaycan”ın Ekoloji Monitorinq üzrə mütəxəssisi Nicat Həsənov bildirdi ki, proseslər başlamamışdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılıq əldə olunur: “Bütün əməliyyatlar nazirliyin razılığı ilə həyata keçirilir. Belə ki, ətraf mühitə mənfi təsirlər olmasın deyə, ətraf mühitin ilkin vəziyyəti qiymətləndirilir və əgər hansısa ziyanlar olarsa, onun qarşısının hansı üsullula alınması dəyərləndirlir.
“Sərincə”də BP-yə məxsus radoaktiv hava stansiyası quraşdırılıb. Bu avadanlıq vasitəsilə Biz gündəlik olaraq havanın tempraturunu, yağışın miqadarını, küləyin və günəşin radiasiyasını bu qurğular vasitəsi ilə öyrənirik. Yəni hansıa mənbələrdən əldə etmirik”.
Müşahidə əsnasında ona da şahid olduq ki, ərazidə 2 təmizləmə üsulu yerləşir. 1-ci si dolayısı yolla termo təmziləmə, 2-ci si sürtünmə üsulu ilə termo təmizləmə. Dolayısı yolla təmizləmə üsulu ondan ibarətdir ki, proses yağla həyata keçirilir. Sürtünmə üsulu ilə olan proses isə yağla həyata keçirilir.

Ərazidə fəaliyyət göstərən avadanlıqlar isə hərəkət etdikcə, torpaq buxarlanır və təmizlənməyə başlayır. Təmizlənmiş tortpaq tökülür xüsusi aparatların içinə, sonra həmin torpaqlar müvəqqəti saxlanma yerlərinə göndərilir və daha sonra analizlər götürülür. Bu çalaların divarları da xüsusi avadanlıqlarla mühasirə olunur.
Tamam Bayatlı vurğuladı ki, BP-nin apardığı uzun müddətli strategiya nticəsində “Sərincə” fəaliyyətini dayandıracaq: «Bizim SOCAR-ın Ekologiya Departamenti ilə etdiyimiz əməkdaşlıq nəticəsində şlamlarının emal olunması, saxlanması və idarə olunması üçün müəssisənin tikilməsi üçün BP investisiya qoyub. Hazırda həmin müəssisədə BP-nin göndərdiyi şlamların 20 faizi emal olunur. Müəssisə tam fəaliyət göstərəndən sonra Sərincə” fəaliyyətini dayandıracaq”.
Ramid İbrahimov






