Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 yaşlı oğlanı 10 il əsir saxlamış pedofilə ağır cəza verildi - Foto

2007-ci ilin iyul ayında Eduard Nikitin küçədə təkcə gəzən 9 yaşlı oğlan uşağını tovlayaraq öz mənzilinə gətirib və düz 10 il onu evdən bayıra buraxmayıb.

Bizimyol.info Rusiya mətbuatna istinadən xəbər verir ki, Moskvanın Simonovsk məhkəməsinin dünən keşirilən iclasında Eduard Nikitinə 20 il həbs cəzası verilib.

İndi isə hadisənin təfərrüatı barədə: Andrey kiçik olduğu üçün Nikitinin yalanına inanır və onun kommunal mənzilinə gəlir. Burda Nikitinin qonşuluğunda Nikitinin anası və bir neçə kirayəçi yaşayırdı. Kirayişinlər tez- tez dəyirşirdilər deyə hadisədən xəbərsiz idilər. Anası isə Nikitinin evində 9 yaşlı uşağı əsir saxlaması və ona qarşı cinsi zorakılıq törətməsindən xəbərdar olsa da susmağa üstünlük vermişdi. Nikitin Andreyi evdən buraxmır, bunun normal hal olduğunu söyləyirdi. Hər şeydən bixəbər böyüyən oğlan bunu adi hal kimi qarşılamağa başlayaraq heç vaxt qaçmağa cəhd etməyib.

Hadisənin üstü 2017-ci ildə açılıb. Bir axşam Nikitinin gəzməyə icazə verdiyi 19 yaşlı Andrey gecə küçəyə çıxarkən polislərə rast gəlir, polislər üstündə heç bir sənədi olmayan gənci şübhəli qismində saxlayıb bölməyə aparırlar və beləcə böyük cinayəin üstü açılır. Bu 10 il ərzində axtarışa verilən Andreyin isə ailəsində hər kəs dünyasını dəyişmişdi. İndi Nikitin Andreyn ömründən oğurladığı 10 ilin cəzasını 20 illik məhbusluq həyatı ilə ödəməli olacaq.

Bizimyol.info

Eduard Nikitin - Pedofil

Son xəbərlər
Bütün xəbərlər »