ABŞ-da bir bankın yanlışlıqla hesablarına 120 min dollar köçürdüyü cütlük bu pulları “ yedikləri” üçün oğurluqda ittiham edilir.
Bizimyol.info xəbər verir ki, Robert və Tifani Vilyams cütlüyü bankın yanlışlığından dərhal yararlanıb və həmin məbləği 2 həftə içində xərcləyib. Bu pulun 15 min dollarını ailəvi dostlarına yardım etmək üçün verən 4 uşaqlı ailə qalan pulu alış-verişə sərf edib.
Hadisənin üstü açılınca həbs edilən cütlük 25 min dollar qarşılığında azadlığa buraxılsa da, bank hazırda yerdə qalan pullarını tələb edir, üstəlik faizi də ödəmək şərtilə.
İndi bu ailənin borcunu necə ödəyəcəyi sual altındadır, Robert su satan şirkətdə çalışır, Tifani isə evdar qadındır.
İlhamə
Bizimyol.info






