ABŞ-da milyonçu oğlurluğa görə tutulub. Endryu Frensis Lippi tez-tez bazarlıq etdiyi mağazaya 300 dollar 59 sent ziyan vurubmuş.
Bizimyol.info xəbər verir ki, Lippi hadisədən bir həftə əvvəl 8 milyon dollara ada alıbmış. Amerikalı iş adamının malikanəsində MTV telekanalı realiti-şou çəkmişdi. İndi həmin malikanə sutkası 999 dollara kirayəyə verilir.
Endryu Frensis LippiLippi bir neçə gün ardıcıl mağazaya baş çəkərək iki kofe aparatı, 8 elektrik lampası, çarpayı örtüyü alıb. Geri qaytaranda mağaza əməkdaşları bəzi əşyaların çatmadığını görüblər. Kofe aparatı qutularının birinin içindən basketbol topu çıxıb. Elektrik lampalarını da götürüb, yerinə tamam başqa marka qoyulub.
Lippini əvvəlcə həbs ediblər. Sonra məhkəməyə qədər evə buraxmaq qərarına gəliblər. Milyonçu günahını boynuna almır. Kamera görüntüləri Lippinin əleyhinə danışır.






