ABŞ-ın San-Fransisko şəhərində qadının həyatı 27 yaşı olanda büsbütün dəyişib. DNT-testdən keçən kaliforniyalı 29 bacısının və qardaşının olduğunu öyrənib.
Bizimyol.info xəbər verir ki, Şona Harrison biotexnologiya ilə məşğul olan şirkətlərdən birinin xidmətlərindən istifadə etmək qərarına gəlib. Məlum olub ki, atası onun bioloji valideyni deyil. Ertəsi gün Şona yeni qohumlarının birindən məktub alıb: “Biz, deyəsən, qohumuq. Ümid edirəm, səni qorxutmadım”.
Şona Harrison (soldan birinci) bacıları ilə birlikdə2,5 il ərzində Harrisonla 29 bacısı və qardaşı əlaqə saxlayıb. İndi onlar tez-tez görüşür və birlikdə vaxt keçirirlər. Şona deyir ki, bir çoxuyla lap möhkəm dostlaşıb. Məsələn, qardaşı Codi ilə.
Şona Harrison (sağdan birinci) ailə üzvləri ilə birlikdəFevralda ABŞ-ın Feniks şəhərindən də oxşar xəbər gəlmişdi. 21 yaşlı qadın DNT-test nəticəsində bacısını tapmışdı. O, anasından atasının bioloji valideynlik imkanından məhrum olmasını öyrənəndən sonra xüsusi saytda yaxınlarını axtarmışdı.






