Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Einstein’in məşhur fotosunun tarixçəsi - FOTO
Bu məşhur fotoşəklə mütləq daha əvvəllər də rast gəlmisiniz. Az qala çənəsinə qədər uzanmış diliylə bu böyük alimin məşhur şəkliylə bağlı saysız-hesabsız hekayələr uydurulmuşdur. Bəs yaxşı, Albert Einstein’in bu məşhur fotosunun həqiqi hekayəsi nədir? Great News Photos and the Stories Behind Them (“Məşhur şəkillər və onların arxasındakı həqiqətlər”) kitabının müəllifi John Saber bu şəklin hansı şərtlərdə çəkildiyini bizim üçün aydınlatmış oldu.

Einstein 72 yaşını qeyd etdiyi doğum günü şərəfinə verilən ziyafətdə dostları və elm dünyasından olan digər insanlarla birlikdə 14 mart, 1951-ci ildə Princeton Club’da görüşür. Olduqca çox insanın qatıldığı ziyafətdə həm də çox sayda fotoqraf var idi. Gecənin sonunda alim çox yorulur. Lakin yenə də səbrlə fotoqraflara şəkil çəkmələri üçün imkan yaradır. Nəhayət ki, dostlarından biri onu evinə aparmağı təklif edir və onlar binadan çıxırlar. Lakin, professor maşına mindikdə, fotoqraf Art Sasse son bir foto çəkə bilmək üçün cəld onlara yaxınlaşır. Sasse bu istəyini mədəni şəkildə Einstein’ə bildirir. Daha sonra olanları Sasse’nin öz cümlələriylə ifadə edsək: ‘Einstein arxasını çevirdi və dilini bayıra çıxardı. Mən də onun fotosunu çəkdim.’’

Fotoşəklin tam versiyası, fotoqraf: Art Sasse

Qeyd edək ki, foto nəşr edildikdən sonra Einstein ondan 9 nüsxə sifariş etmişdi. Görünür alim özü də bu fotosunu bütün dünya kimi çox sevmişdi.

pahoo.az

Son xəbərlər
12 iyul, 2026 [23:42]
İspaniyada mövsümün ən kütləvi öküz qaçışı keçirilib
12 iyul, 2026 [23:21]
Konqoda Ebola halları 1800-ü keçdi, virus daha bir əyalətə yayıldı
12 iyul, 2026 [23:04]
Çində daşqınlar səbəbindən ilan fermalarından təxminən 1000 ilan qaçıb
12 iyul, 2026 [22:51]
Qlobal Media Forumunun iştirakçılar Şuşada gəzintidə
12 iyul, 2026 [22:49]
Hindistan Qətər əmirinin atasının ölümü ilə əlaqədar milli matəm elan edib
12 iyul, 2026 [21:51]
Quterreş Fars körfəzində hərbi qarşıdurmanın yenidən başlamasından narahatdır
12 iyul, 2026 [20:59]
ABŞ Hörmüz boğazı yaxınlığında İranın raket sistemlərinə zərbələr endirib
12 iyul, 2026 [20:28]
Rusiya-Ukrayna müharibəsi bitsə də, Moskvanın təhlükəsi davam edəcək
12 iyul, 2026 [20:08]
Rusiya sanksiyalardan yayınmaq üçün Yaponiyadan istifadə edir
12 iyul, 2026 [19:43]
Yeni hava hücumundan müdafiə sistemi qanadlı raketi vurub - İİKK
12 iyul, 2026 [19:28]
Tramp: Qremlə Ukrayna məsələsində fikir ayrılıqlarımız var idi
12 iyul, 2026 [18:55]
Fitnes bloqerləri "Telegram"da qanunsuz anabolik steroid şəbəkəsi ilə əlaqələndirilir
Bütün xəbərlər »