Yaponiyada yol qəzasından sonra Maruyama adlı qız yaddaşını itirib. O, indi yaxınlarını tanımır.
Problem bunula bitsəydi, dərd yarı idi. Maruyama tez-tez sevgilisi Li Huayuyyanı unudub, onunla yenidən tanış olur.
Bizimyol.info xəbər verir ki, 24 yaşlı qız yolda velosipedlə gedərkən qəzaya uğrayıb. Maşının altına düşən Maruyama uzun müddət komada qalıb. Ayılanda isə yaxınlarını tanımadığı üzə çıxıb.
Li ilə iki il yarımdır tanış olan Maruyama onunla geridə qalan vaxtdan heç nəyi xatırlamır. Buna görə də sevgilisini dəfələrlə unudub, yenidən tanış olmaq, ona özünü xatırlatmaq lazım gəlib.
Sevgililər hətta toyu da təxirə salmalı olub. Amma Li geri çəkilməyib. O, qıza bir çox nişanələrlə geridəki günləri xatırlatmağa çalışır. Maruyamanın gündəlik tutması işi bir az da asanlaşdırıb. Unudan kimi, Li ona yazdıqlarını göstərir.
Onların münasibətləri qəribəliklərlə doludur. Məsələn, bu gün ayrılmağı məsləhət görən qız sabah oğlana evlilik təklif edir. Li istənilən halda onunla evlənməkdə israrlıdır.






