Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Satıcının məsləhət gördüyü lotereya biletini seçdi, böyük uduş qazandı

ABŞ-ın Konnektikut ştatında yaşayan qadın lotereya biletində böyük məbləğ udub. Prospekt şəhərinin sakininə satıcı kömək edib.

Bizimyol.info xəbər verir ki, Lillian Peron hər həftə lotereya bilet alırmış. O, adətən, “10X Cash” biletləri alırmış. Axırıncı dəfə satıcı onu fikrindən daşındırıb, “20X Cash” məsləhət görüb. Lillian dərhal müdafiə qatını silib və onun 20 min dollar udduğu məlum olub.

Qəribədir ki, Peron satıcıya heç bir mükafat verməyib. Əvəzində ailəsi üçün qolf dəsti almağı və qardaşının ad gününü restoranda keçirməyi planlaşdırır.

Bir ay əvvəl Şimali Karolina ştatında bir kişi təsadüfən aldığı bilet sayəsində böyük pul qazanmışdı. Səyahət zamanı uşaqları tualetə getmək istəmişdi. Maşını bunun üçün saxlayan kişi eyni zamanda bilet də alır. Beləcə, uşaqların təbii ehtiyacı onu varlandırıb.

Son xəbərlər
Bütün xəbərlər »