Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kukla gəlinciyin saçları müəmmalı şəkildə uzanıb

Yaponiyada bir gəlincik hamını təəccübləndirir. “Qız oyuncağ”ın saçları uzanmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, gəlinciyi 1918-ci ildə bir oğlan kiçik bacısı üçün alıb. Qızcığaz gəlinciyi çox sevib, ondan bir dəqiqə də ayrı qalmazmış. Hətta ona öz adını da verib. Qızın qəfil ölümündən sonra müəmmalı hadisələr baş verməyə başlayıb. Bir gün valideynləri fikir verib ki, gəlinciyin saçları uzanıb. Əvvəlcə onlara belə gəldiyini düşünüblər. Bir müddət sonra oyuncağın saçları nəzərəçarpan dərəcədə çoxalıb. İndi ata-ana hesab edir ki, qızlarının ruhu gəlinciyə “köçüb”.

Okiku gəlinciyi

Valideynlər Okiku adlı gəlinciyi Mannendzi məbədinə təhvil verib. Hələ də oyuncaqla bağlı düz-əməlli araşdırma aparılmayıb. Yalnız o məlumdur ki, Okikunun saçları insanın baş tükündən heç nə ilə fərqlənmir.

Son xəbərlər
Bütün xəbərlər »