Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Timsah təbii ehtiyacını okeana ödəyən turistin qolunu qopardı
Meksikanın Kankun şəhərində timsah turistə hücum edərək onun əlinin bir hissəsini qoparıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Riviera Maya News portalı yazır.

Hadisə iyulun 2-də gecə saatlarında baş verib. İlkin məlumata görə, Kel Monzon adlı turist içkili vəziyyətdə oteldən çıxıb və təbii ehtiyacını okeana ödəməyə başlayıb. Bu zaman 40 yaşlı kişiyə timsah hücum edib və onu sağ əlini dişləyib. Turistin səsinə mühafizəçilər gəliblər və ona kömək ediblər.

Xəstəxanaya çatdırılan səyyahın sağ əli dirsəyə qədər amputasiya olunub. Qeyd edilir ki, timsahın hücumuna məruz qalan şəxs ABŞ vətəndaşıdır.

Son xəbərlər
Bütün xəbərlər »