Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sirli və maraqlı tapıntılar - Bir kəndin sakinləri səssiz-soraqsız yoxa çıxdı
Yoxa çıxan sirli kənd

1930-cu ilin noyabr ayında kanadalı səyyah Co Labell səfərdə olarkən  yaxşı tanıdığı eskimos kəndində gecələməyə qərar verdi. Anqikuni gölü kənarına  gələn səyyah gördüklərinə mat qaldı. Kənd sakinləri kəndi tərk etmişdilər. Evlər boş idi.Elə görünürdü ki, insanlar bir anın içidə hansısa qorxu ilə kəndi tərk etmişdilər. Onların məişət əşyalarının hamısı yerində dururdu. Bu günə qədər eskimosların hara yoxa çıxması barədə  sirrin üstü açılmayıb.Səyyahın adı isə bu münasibətlə tarixə düşüb.

Hələ də axtarılan xəzinə

90-cı illərin ortalarında amerikalı milyoner Forrest Frenk içərisində 10 milyon dollarlıq  xəzinə olan bürünc sandığı dağlarda gizlətdi.Xəzinəyə qədim qızıl pullar, qızıl küləçələr və qiymətli daşlar daxil idi. Xəzinə basdırmaq ideyası milyonerdə xərçəng xəstəliyi aşkarlandıqdan sonra yarandı. Yeri gəlmişkən diaqnoz təsdiqlənmədi və 87 yaşlı milyoner Yellouston parkında onun xəzinəsini axtaran xəzinə ovçularının cəhdlərini maraqla izləyir. 2010-cu ildə milyoner içərisində xəzinə  gizlədiyi yerə dair 9 işarə olan kitab buraxdı. Məslə bundadır ki, şeri yalnız orjinal ingilis dilində oxuyanlar bu ipuclarını tapa bilər. Əldə olunan məlumatlara görə xəzinə dənzi səviyyəsindən 5000 metr yüksəkdə Yuta və Aydaxo ştatlarında ola bilər.

Robin Qudun üzüyü

Mark Tompson İngiltərədə şervud meşəsində metalaxtaran cihazla gəzərkən Robin Qudun üzüyünü tapıb.Arxeoloqların fikrinə görə üzərində qədim qravüralar olan  sapfir qaşlı böyük qızıl üzük məhz xeyirxah quldura aiddir.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »