Dünyada elə peşələr var ki, eşidəndə var olmasına şübhə edirsən. Bizimyol.info bu gün bütün dünyada mövcud olan qəribə peşələr və onların insanların həyatına təsiri barədə çox maraqlı məlumatları təqdim edir.
Kirayə ailə

1990-cı illərdən etibarən, Yaponiyada ailə kirayələməyə imkan verən agentliklər fəaliyyətdədir. Bu agentlikdə işləyən insanlar sifarişçinin tələbi əsasında onun həmkarları, qohumları əri, arvadı, övladı rolunu oynaya bilərlər. Məsələn sonuncu dəfə 370 dollar vəsait ödəyən tənha, qoca yapon kişi ailə kirayələyərək onları restorana aparmış, masa arxasında uzun uzadı məişət söhbətləri edərək özünü yenidən ata kimi hiss etmişdi. Yaponların fikrinə görə bu çox vacib və maraqlı peşədir.
Qüllədən tullananları itələyən

Heç düşünmüsünüzmü, kimisə yüksək bir qüllədən itələmək üçün pul almaq laızmdır? Dünyanın ən ekstremal atraksionlarına sahib olan "AJ Hackett" firmasında bu iş üçün maaş alan xüsusi işçilər var. Həm də nə az, nə azacıq - ilə 46000 dollar. Bu işdə çalışanlar 233 metr yüksəklikdə təhlükəsizlik qaydalarına riayət etməklə yanaşı tullanmaqdan qorxanları itələməklə məşğul olurlar.
Bədxəbər aparan

Bədxəbər daşıyan peşəsi də haqqında çox az eşitdiyimiz peşələrdəndir. ABŞ-da bu peşənin rəsmi adı "ağır itkilərlə əlaqədar kordinator" adılanır. İldə 57 min dollar maaş müqabilində bu insanlar başqalrının həyatları barəsindəki qara xəbərləri onların yaxınlarına çatdırılardırılar.
Canlı maneken

Bir saaat gözəl geyimlərlə vitrində dayanıb bunun müqabilindəı 100 dollar almaq necə fikiridir? Avropada bu peşə dəbdədir. Yeganə tələb uzun müddət ayaq üstə tərpənmədən dayanmağı bacarmaqdır.
Bədən orqanları manekeni

Model olmaq üçün mütləq şəkildə ideal bədən quruluşu lazım deyil. Bədən orqanlarından hər hansı bir üzvün gözəl olması da insana pul qazandıra bilər. Gözəl əllər, gözəl ayaqlar, gözəl saşlar, maraqlı gözlər və s. Məsələn yalnız əllərinizlə fotomodellik edərək üzücü diyetlərdən uzaq qala bilər və bunun müqabilində 20 dollardan 1000 dollara qədər qazanc götürə bilərsiniz.
Dondurma dequstatoru

Bu dadlı peşə sahibləri ildə 56 min dollar qazanc götürürlər. Eyni qaydada şokolad dequstatoru da işləmək olar. Yetər ki, buna uyğun bilikləriniz olsun.
Şirniyyatın içinə fal yazan

Deyəsən ABŞ-da yaşayan hər insan üçün iş tapılır. İldə 3 milyard yalançı fal yazılan biskvit istehsal olunan bu ölkədə bu biskvitlərin hər birinə xoş sözlər yazmağı bacaran müəlliflər lazım gəlir. 53 min dollar müqabilində yalançı falçı olmaq istəyərdinizmi? Tələb olunan şey sonsuz fantaziyaya malik olmaqdır.
Başqasının əvəzinə üzr istəyənlər

Yaponların bizlərə görə mürəkkəb xarakteri olduğunu düşünürük. Onlar üçün başqasından üzr istəmək o qədər çətindir ki, bu işi onların əvəzinə başqaları görür. Təbii ki pul müqabilində. Əsasən 20-40 yaşlı xanımlar bu cür sifarişlər verirlər. Canlı şəkildə üzr istəmək üçün 350 dollar, telefonla, məktub vasitəsi ilə üzrxahlıq etmək isə isə 93 dollara başa gəlir. Bəzi peşəkarlar 33 dollar müqabilində başqalrının qarşısında utanıb -qızara bilirlər.
Peşəkar yatağan

Əgər yatmağı, saatlarla divanda arxası üstə uzanmağı sevirsinizsə NASA- da sizin üçün iş var. Astronavtların hərəkətsiz həyatının hansı nəticələri verdiyini, kosmosdan qayıtdıqdan sonra Yer həyatına uyğunlaşmasını öyrənən bu tədqiqatlar zamanı 70 gün ərzində yumşaq yataqda uzanıb 18000 dollar qazanmaq olar.
İlhamə Loğman






