ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın mülki infrastrukturuna zərbələr endirməkdən yayınmağa üstünlük verir.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "Fox News" telekanalının canlı efirində İranın mülki infrastruktur obyektlərinə mümkün zərbələr barədə danışarkən deyib.
“Bilirsiniz, əgər mümkün olsa, mən bundan yayınmağa üstünlük verərdim”, – deyə Tramp bildirib.
Ağ Ev rəhbəri deyib ki, belə hücumların nəticəsində zərər çəkən adi insanlar olacaq. “Belə zərbələr endirsəm, kimə zərər vurmuş olacağam? İnsanlara. Mən isə bunu istəmirəm”, – deyə Tramp vurğulayıb.
Bizimyol.info






