Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Hörmüz boğazında sərt qərar verdi: bəzi ölkələrin gəmilərinə qadağa qoyulacaq
İran Hörmüz boğazında sərt qərar verdi: bəzi ölkələrin gəmilərinə qadağa qoyulacaq

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Tehranın razılığı olmadan dondurulmuş İran aktivlərindən istifadə edilməsi ideyasını dəstəkləyən ölkələrin gəmilərinə Hörmüz boğazından keçməyə icazə verməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfaqari bildirib.

Tramp iyulun 27-də yenidən Qərb ölkələri tərəfindən dondurulmuş İran aktivlərindən Tehranın icazəsi olmadan istifadə ediləcəyi ilə bağlı hədələyib. Onun sözlərinə görə, İranın vəsaitləri İslam Respublikasının Hörmüz boğazında gəmiçiliyə vurduğu ziyana görə kompensasiya ödənilməsinə yönəldilməlidir.

“ABŞ-ın cinayətkar prezidentini bu qanunsuz addımın nəticələri barədə xəbərdar edərək, eyni zamanda bütün şirkətlərə və dövlətlərə bildiririk ki, onlar Trampın təklifini dəstəkləyərək İranın bloklanmış aktivlərindən bu məqsədlə istifadə etsələr, həmin andan etibarən İran İslam Respublikasının Silahlı Qüvvələri onların heç bir gəmisinin Hörmüz boğazından keçməsinə icazə verməyəcək”, – deyə Zülfaqari video müraciətində bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »