Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bilgəh çimərliyində ata işgəncə verən şəxs cəzalandırıldı - DİN-dən açıqlama
Bilgəh çimərliyində ata işgəncə verən şəxs cəzalandırıldı - DİN-dən açıqlama

Sosial şəbəkədə Bilgəh çimərliyində videogörüntü yayılıb.

Kadrlarda bir şəxsin ata qarşı qəddar davranış göstərdiyi əks olunub. Hadisə zamanı istirahətə gələn vətəndaşların etiraz etməsinə baxmayaraq, həmin şəxs bu hərəkətlərini davam etdirib.

  • İctimai asayişi kobud şəkildə pozan, heyvana qarşı belə vəhşicəsinə rəftar edən bu adamı cəzalandırmısınızmı və ya cəzalandıracaqsınızmı?

Yaranan sualla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərdik. Qurumdan Bizimyol.info xəbər portalına bildirilib: “Əldə etdiyimiz məlumata görə heyvanlarla rəhmsiz rəftar edən şəxsin kimliyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla 1990-cı il təvəllüdlü Ə.Əliyev müəyyən olunaraq barəsində inzibati tənbeh tədbiri görülüb.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »