Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Türkiyəyə təşəkkür edib: Fransadakı meşə yanğınlarına dəstəyə görə
Makron Türkiyəyə təşəkkür edib: Fransadakı meşə yanğınlarına dəstəyə görə

Fransa Prezidenti Emmanuel Makron ölkəsində davam edən meşə yanğınlarının söndürülməsinə göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Bizimyol.info xəbər verir ki, Makron Türkiyənin iki yanğınsöndürmə təyyarəsini Fransaya göndərməsindən sonra sosial media hesabında türk dilində "Təşəkkürlər Türkiyə!" paylaşımı edərək Ankaranın yardımını yüksək qiymətləndirib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında Fransanın müraciəti nəzərə alınaraq iki yanğınsöndürmə təyyarəsi bu ölkəyə göndərilib.

Nazirin sözlərinə görə, Türkiyə yalnız öz meşələrinin deyil, ehtiyac yarandıqda dost və tərəfdaş ölkələrin meşələrinin qorunmasına da dəstək verməyə davam edir. "Meşələr bizə təkcə əmanət deyil, həm də gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli mirasdır. Bu anlayışla sərhədləri aşan həmrəyliyimizi və mübarizəmizi qətiyyətlə davam etdirəcəyik", – deyə Yumaklı vurğulayıb.

Makron Türkiyə nazirinin paylaşımını sitat gətirərək türk dilində yazdığı təşəkkür mesajı ilə Fransanın göstərilən yardıma minnətdarlığını ifadə edib.

Bununla yanaşı, Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Baş İdarəsi də Türkiyənin İspaniyada meşə yanğınları ilə mübarizəyə verdiyi dəstəyə görə sosial media hesabında "Təşəkkürlər Türkiyə" mesajı paylaşıb.

Türkiyə son günlər həm Fransa, həm də İspaniyada davam edən meşə yanğınlarının söndürülməsi üçün xüsusi aviasiya vasitələri ilə beynəlxalq yardım göstərir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »