İranın Kəşfiyyat Nazirliyi Azərbaycanın Dövlət Televiziyasını "düşmən media qurumlar" siyahısına salıb. Bu məsələ ətrafında çox qızgın müzakirələr gedir.
Azərbaycanın assimmetrik cavab addımları atacağı (yaxud atmalı olduğu) haqda proqnozlar, fikirlər də sosial medianı məşğul edir. Bu yerdə Medianın İnkişafı Agentliyi bəyanat yaydı və məlum oldu ki, İranın Kəşfiyyat Nazirliyinin qərarına qarşılıq olaraq, bu ölkənin "Səhər" kanalının və "Mehr" xəbər agentliyinin və onların jurnalistlərinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz elan edilir.
İranın atdığı addımın yüz faizlik anoloqu heç bir ölkədə yoxdur. Doğrudur, bır sıra ölkələrdə, məsələn, Çində bəzi əcnəbi mərkəzli media qurumlarına qadağalar, məhdudlaşdırmalar var. Ancaq İranda bu cür sanksiyaya yüklənən anlam və irfatçı qadağalar dünyanın bəlkə də heç yerində yoxdur.
Əslində İran, bilirsiniz, nə etmək istəyir?! Öz vətəndaşlarının Azərbaycan dövlət mediası üzərindən Azərbaycanla qurduğu mənəvi-mədəni bağlantıları kəsməyə çalışır. Zamanında bir xalqı, ölkəni fiziki olaraq bölüblər, indi isə bu ayrılmış hissələr arasındalı mənəvi bağları qoparmağa çalışırlar.
İran hazırda müharibədədir. ABŞ bu ölkənin hərbi hədəflərinə, hərbi infrastrukturuna zərbələr endirir. Belə şəraitdə olan ölkələr adıtən dünyaya çıxış yolları axtarır, xarici aləmlə media bağlantılarını genişləndirməyə çalışır. Özünün mövqeyini, narrativlərini dünyaya yaymağa cəhd edir. Hər kəsi inandırmağa çalışır ki, onun apardığı mübarizə haqqdır və sair və ilaxır. Ancaq İran bunun əksini edir. Görmüşük ki, müharibə edən ölkə öz içində medianın fəaliyyətinə müəyyən tənzimləmələr tətbiq etsə də, xarici mediaya çıxışı daha da genişləndirməyə üstünlük verər. İran isə bunun əksini edir: öz azsaylı informasiya nəfəsliyini də qapayır. Özü özünü xarici aləmdən təcrid edir. İranın rəsmi qurumları anlamır ki, müharibə tək hərbi vasitələrlə aparılmır, ayrıca media müstəvisində də savaş gedir. İnformasiya əhəmiyyətini Kəşfiyyat Nazirliyi də anlamırsa, daha başqalarına nə deyəsən?! Tək elə bu fakt ölkəni hansı zehniyyətin idarə etdiyini göstərir.
Burada əlavə şərhə ehtiyac qalmır.
Seyid Əhmədli, bizimyol. info






