Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Helsinki: Finlandiya körfəzinin şərq hissəsində uçuşlar məhdudlaşdırılıb
Helsinki: Finlandiya körfəzinin şərq hissəsində uçuşlar məhdudlaşdırılıb

Finlandiyanın hava hərəkəti dispetçerləri məsuliyyət zonaları daxilində Finlandiya körfəzinin şərq hissəsində uçuşlara məhdudiyyət tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa İttifaqının hava hərəkəti xidmətlərindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, Finlandiya dispetçerlərinin nəzarət etdiyi ərazidə Finlandiya körfəzinin şərq hissəsi üzərində 20 kilometrdən aşağı yüksəklikdə uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

Bildirilib ki, məhdudiyyətlərin təxminən Moskva vaxtı ilə saat 10:00-dək qüvvədə olması gözlənilir. Mənbə bu qərarın səbəblərini açıqlamayıb.

Daha əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgədə pilotsuz uçuş aparatları ilə bağlı təhlükə elan edildiyini bildirib.

Bundan əlavə, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Leninqrad vilayətinin bir sıra rayonlarında hava məkanından istifadəyə tətbiq edilən müvəqqəti məhdudiyyətlərin Kalininqrad istiqamətində və əks istiqamətdə aviareys marşrutlarından istifadəyə təsir etdiyini açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »