İyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.






