Ottavanın meri Mark Satkliff ABŞ-ın Kanada məhsullarına tətbiq etdiyi yeni gömrük rüsumlarına cavab olaraq şəhər administrasiyasının binası qarşısında nəhəng Kanada bayrağının qaldırılması barədə göstəriş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Satkliff "X" sosial şəbəkəsində yazıb
“ABŞ-ın Ottavadakı və Kanadanın digər bölgələrində fəaliyyət göstərən çoxsaylı müəssisələrə qarşı tətbiq etdiyi yeni cəza xarakterli rüsumları nəzərə alaraq hesab edirəm ki, şəhərimizin və ölkəmizin güclü və bir olduğunu nümayiş etdirmək indi hər zamankından daha vacibdir”, – deyə mer bildirib.
Satkliff həmvətənlərini Kanada bayrağındakı ağcaqayın yarpağını qürurla nümayiş etdirməyə və daha güclü, dayanıqlı və müstəqil iqtisadiyyatın qurulması naminə birlikdə çalışmağa çağırıb.
İyulun 21-də ABŞ Prezidenti Donald Tramp Kanada mallarına əlavə 50 faizlik idxal rüsumu tətbiq edib. Vaşinqton bu qərarın Kanadanın ABŞ məhsullarına qarşı atdığı addımlara cavab olduğunu bildirib. Yeni rüsumlar enerji daşıyıcılarına, kaliuma, həmçinin dəniz məhsulları və kritik əhəmiyyətli minerallara şamil edilməyəcək. Rüsumların avqustun 19-dan qüvvəyə minəcəyi gözlənilir.
Kanadanın Baş naziri Mark Karni isə Ottavanın ABŞ-ın yeni rüsumlarına cavab verməyə hazır olduğunu, lakin onların qüvvəyə minməsinə qədər heç bir addım atmayacağını bəyan edib.
Bizimyol.info






