Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya: Ukraynanın silah tələbatı xeyli artıb
İtaliya: Ukraynanın silah tələbatı xeyli artıb

İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib ki, Ukraynanın silahlanma ilə bağlı tələbləri dəyişdiyindən son dövrlərdə bu ehtiyacları qarşılamaq daha da çətinləşib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir "La Repubblica" qəzetinə müsahibəsində deyib.

"Əvvəllər Ukrayna tərəfi bizdən "əlinizdə nə varsa, hamısını göndərin" deyirdi. İndi isə vəziyyət tam fərqlidir. Ehtiyaclar daha konkret xarakter alıb. Söhbət hava hücumundan müdafiə sistemləri, eləcə də digər müasir və nadir silah vasitələrindən gedir. Tələbat təklifdən yüz dəfə çoxdur. Buna görə də, istək olsa belə, onlara yardım etmək asan deyil", - deyə bildirib.

Bununla yanaşı, Krozetto vurğulayıb ki, İtaliya Ukraynaya dəstək göstərmək üçün zəruri vasitələrin toplanması istiqamətində iş aparır. O əlavə edib ki, bu prosesi yaxın vaxtlarda başa çatdıracağına ümid edir.

Xatırladaq ki, bu ilin fevralında İtaliya Senatı daxildəki fikir ayrılıqları və hakim koalisiyanın bəzi nümayəndələrinin tənqidlərinə baxmayaraq, Ukraynaya hərbi yardımın uzadılmasını qəti şəkildə təsdiqləyib. Müvafiq qərarın qəbulu hökumətə etimad səsverməsi ilə əlaqələndirilib. Bundan əvvəl, 2025-ci ilin dekabrında İtaliya Nazirlər Kabineti Ukraynaya, o cümlədən hərbi yardımın 2026-cı ilin sonunadək davam etdirilməsi barədə qərar qəbul etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »