Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısının pilotu ölkənin hava məkanını pozan daha bir pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bizimyol.info xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, bu, bir sutka ərzində vurulan ikinci PUA olub. Nazirliyin açıqlamasında bildirilir ki, hadisə səhər saat 08:22-də baş verib.
“Eyni "F-16" qırıcısının pilotu, eyni müşayiətçi təyyarənin dəstəyi ilə Rumıniyanın hava məkanına daxil olan ikinci dronu vurub”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Müdafiə Nazirliyi bildirib ki, pilotsuz aparat Ukrayna sərhədinə yaxın, yaşayış olmayan ərazidə vurulub.
Bundan əvvəl Rumıniya prezidenti Nikuşor Dan da ölkənin hava məkanında analoji insidentin baş verdiyini açıqlamışdı.
Bizimyol.info






