İran ordusu ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.
"Bəhreynin əs-Səxir hava limanında yerləşən ABŞ bölmələrinin pilotsuz uçuş aparatlarının (PUA) saxlanc və təmir anqarlarına hücum edilib, obyektlər məhv olunub", - bəyanatda vurğulanıb.
Bununla yanaşı, Bəhreynin Salman limanında TF59 üzən vasitələrinin hazırlıq məntəqələrinə zərbələr endirilib: "Küveytin Arifcan bazasında xüsusi dəniz təyinatlı qüvvələrinin yerləşmə, dəstək və təchizat anbarları tamamilə məhv edilib.
Çoxlu sayda raket və PUA-larla ABŞ ordusunun hücumlarına cavab zərbələri endirilir".
SEPAH-dan bildirilib ki, İranın silah-sursat ehtiyatları tükənmir və ABŞ-nin bununla bağlı iddiaları həqiqəti əks etdirmir.
Xatırladaq ki, vasitəçilər İrana ABŞ ilə 10 günlük atəşkəs təklifi təqdim ediblər.






