Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalibaf ABŞ-ı İranla gərginliyi azaltmaq istəməməkdə ittiham edib
Qalibaf ABŞ-ı İranla gərginliyi azaltmaq istəməməkdə ittiham edib

İran parlamentinin sədri və ölkə rəhbərliyinin əsas simalarından biri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Tehranla münaqişədə gərginliyi azaltmaq niyyətində olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Qalibafın sözlərinə görə, Vaşinqton bir tərəfdən döyüşlərin dayandırılmasını istədiyini bəyan edir, digər tərəfdən isə Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir.

“Amerikalılar regiona yeni hərbi texnika göndərməyə davam edir və eyni zamanda müharibəni dayandırmaq istədiklərini deyirlər. Onlar hesab edirlər ki, bizim də zəkamız onlarınkı qədər aşağıdır”, – deyə Qalibaf X sosial şəbəkəsində yazıb.

İran parlamentinin sədri vurğulayıb ki, Tehran uzun müddətdir ABŞ-ın siyasətini və addımlarını diqqətlə izləyir və bu cür davranışları tanımağı öyrənib.

Onun sözlərinə görə, bəyanatlar real addımlarla təsdiqlənməlidir və bir-birinə zidd olmamalıdır. Qalibaf bildirib ki, İran Vaşinqtonun siyasətini rəsmi açıqlamalardan daha çox praktiki hərəkətlərinə əsasən qiymətləndirəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »