Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Bəhreynin aeronaviqasiya sisteminə dronlarla zərbə endirib
İran Bəhreynin aeronaviqasiya sisteminə dronlarla zərbə endirib

İran Bəhreynin hava naviqasiyası sisteminə pilotsuz uçuş aparatları ilə hücum edib.

Bizimyol.info xəbər verir ki, Bəhreyn Mülki Aviasiya İdarəsinin məlumatına görə, hücum sistemin fəaliyyətinə təsir göstərməyib.

Krallığın rəsmi xəbər agentliyi BNA-nın yaydığı açıqlamada bildirilib ki, aidiyyəti qurumlar hadisəyə dərhal reaksiya verərək aeronaviqasiya sisteminin fasiləsiz işləməsini və hava nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görüblər.

Qeyd edək ki, iyulun 8-də ABŞ qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış anlaşmadan sonra ilk dəfə İran ərazisinə bir neçə silsilə zərbə endirib. ABŞ bu addımı Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab kimi təqdim edib.

Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını açıqlayıb. Bundan sonra Tehran regiondakı ABŞ obyektlərinə, o cümlədən Bəhreyn, Küveyt, BƏƏ, Oman, Qətər və İordaniyada yerləşən hədəflərə zərbələr endirməyə başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »