Böyük Britaniyanın yeni baş naziri Endi Börnham Ukraynaya dəyişməz dəstəyin davam etdiriləcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, Börnham "Sky News" telekanalına müsahibəsində deyib ki, Ukraynaya münasibətdə heç bir dəyişiklik olmayacaq. O, iyulun 20-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacağını açıqlayıb.
“Bu gün Prezident Zelenskiyə heç bir dəyişiklik olmadığını çox aydın şəkildə bildirəcəyəm. Mən də Keir Starmer kimi 100% onunla birlikdə olacağam”, – deyə yeni baş nazir bildirib.
Onun sözlərinə görə, Zelenskinin Britaniyanın dəstəyinin möhkəm və dəyişməz qalacağına dair heç bir şübhəsi olmayacaq. Börnham bildirib ki, London Ukrayna liderinin yanında olmağa davam edəcək və şəxsən özü də ona dəstək verəcək.
Müsahibə Börnhamin vəzifəyə başlamasından bir neçə saat əvvəl lentə alınıb. O, baş nazir kimi ilk çıxışında Ukraynaya dəstək və xarici siyasət məsələlərinə toxunmayıb, lakin əvvəlki hökumətin müdafiə sahəsində güclənmə kursunu davam etdirəcəyini bildirib.
Bizimyol.info






