Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlan sancanda nə etməli?- Toksikoloqdan vacib xəbərdarlıq - Foto
İlan sancanda nə etməli?- Toksikoloqdan vacib xəbərdarlıq - Foto

İlan sancması xüsusilə yay aylarında baş verir. Bu insanların qarşılaşa biləcəyi təhlükəli hallardan biridir. İlan sancması zamanı ilkin yardımı doğru etmək lazımdır. Bəs ilan sancması zamanı hansı addımlar atılmalıdır, hansı hallarda həkimə müraciət etmək vacibdir?

  • İlan zəhərlənməsinin əsas əlamətləri hansılardır?

    İlan sancması zamanı nə etmək lazımdır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan həkim-toksikoloq Aynur Məmmədova vurğulayıb ki, ilan vuran vaxtı panikaya qapılmaq lazım deyil: “Artıq hadisə baş verib, ilan səni dişləyib. O anda həmin nahiyəni - istər əl, istərsə də ayaq olsun çox hərəkət etdirmək olmaz. Sakit qalmaq lazımdır. Həmin ətrafı sabunla yaxşı yumaq və spirtləmək lazımdır.

İlan sancanda nə etməli?- Toksikoloqdan vacib xəbərdarlıq

İlan vuran yerə torpaq, palçıq qoymaq, ayağı sıxmaq olmaz. Əgər insanın bir qədər tibbi savadı varsa, dişləmə yerindən təxminən 4 barmaq yuxarı nahiyəyə novokain blokadası deyilən üsul tətbiq edilə bilər. Yəni 0,5 faizli novokain məhlulundan 0,2-0,3 miqdarında dərialtı yeridilir. Əlbəttə şəxsin novokainə qarşı allergiyası yoxdursa və hər hansı problemi yoxdursa. Amma bunu etmək bir qədər çətindir və tibbi biliyi olan şəxs həyata keçirə bilər”.

İlan sancanda nə etməli?- Toksikoloqdan vacib xəbərdarlıq

Aynur Məmmədova deyib: “Xəstəyə bolluca su vermək lazımdır. Və mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, ilan əleyhinə zərdab vurulsun. Əlbəttə xəstəyə ilkin düzgün yardım olunanda artıq müdaxilələr olmayanda xəstə tez evə gedir. Ölüm hadisəsi çox nadir hallarda baş verir. Demək olar ki, 100 xəstədən yalnız 1-də belə hal müşahidə olunur. Yəni ölüm halları çox aşağıdır”.

Aynur Məmmədova vurğulayıb: “İlan da təbiətin bir üzvüdür. O da heyvandır, bir canlıdır. Onu insan yaratmayıb ki, insan da öldürsün. Sən ilanı görürsən və o sənə toxunmursa, sən niyə ilana toxunmalısan? Ən doğru addım ondan uzaqlaşmaqdır. İlan sənə heç nə etməyəcək. İnsan ona qarşı aqressiya göstərməsə, ilan özünü təhlükədə hiss etməsə, o, insana qarşı heç bir aqressiya göstərməyəcək. Çox nadir hallarda belə hallar olur. Demək olar ki, 20 illik praktikamda təsadüfi hallarda cəmi 1-2 nəfərdən eşitmişəm desin ki, “dayandığım yerdə ilan üstümə atlandı”. İlan durduğu yerdə heç vaxt insanın üstünə atlanmaz, yəni yalnız təhlükə hiss etdikdə hücum edə bilər”.

Aynur Məmmədovanın sözlərinə görə, ilan vuran yerdə ilk növbədə ağrı olur: “Dişləmə yerində şiş əmələ gəlir, nekrotik ocaq yarana bilər. Bütün limfa düyünləri böyüyür, əllənən zaman ağrılı olur. Xəstələrdə limfostaz, limfangit kimi ağırlaşmalar müşahidə oluna bilər. Eyni zamanda ürəkbulanma, halsızlıq, baş ağrısı, başgicəllənmə, arterial təzyiqin kəskin enməsi ola bilər. Ağır hallarda ekzotoksik şoklar da olur.

Bir də baxır ilan hansı tərəfdən vurub. El arasında deyirlər ki, “damara düşür”. Yəni əsasən yuxarı ətraflarda - əl, boyun, çiyin, sinə nahiyəsində vurma daha təhlükəli ola bilər. Aşağı ətraflarda da vuranda, yenə də damar nahiyəsinə düşüb-düşməməsi əhəmiyyətlidir.

Həmçinin xəstədə ilan sancması zamanı qorxu hissi də olur. Qorxu hissi olmasa, xəstə ağrıdan başqa bəzi əlamətləri müəyyən qədər atlamış olar. İlan zəhərlənməsi də ağırlıq dərəcəsinə görə 3 yerə bölünür: ağır, orta ağır və yüngül.

Ağır hallarda xəstələrdə təzyiqin kəskin enməsi, nəbzin zəifləməsi, kəskin ağrı, ürəkbulanma, qusma və həddindən artıq narahatlıq müşahidə olunur”.

Aynur Məmmədova əlavə edib: “Hər bir halda insanlar ilkin olaraq zəhərli və zəhərsiz ilanı ayırd edə bilməzlər. Ona görə də, əgər ilan sizi sancıbsa, mütləq xəstəxanaya müraciət etmək lazımdır. Analizlər götürülməlidir. Biz baxış zamanı təbii ki, bilirik ki, bu zəhərli ilan sancmasıdır, ya yox. Əgər zəhərlənmə varsa, onun hansı ağırlıq dərəcəsində olduğunu müəyyənləşdiririk. Zəhərlənmə olmadığı halda isə xəstəni bir sutka nəzarətdə saxlayıb, daha sonra evə yola salırıq.”

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »